Erməni terroru sivil dünyaya ləkədir TƏHLİL
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son iki yüz ilin tarixi dövrlərinə nəzər saldıqda bir daha məlum olur ki, ermənilər hər məqamda xaricdən aldıqları hərbi, siyasi, maliyyə dəstəyinə arxalanaraq azərbaycanlılara qarşı kütləvi qətliamlar, soyqırımı aktları həyata keçiriblər. Bu baxımdan dünyanın tanınmış tarixçiləri, tədqiqatçıları, araşdırmaçı jurnalistləri və siyasətçiləri dünya xalqları arasında ən çox soyqırımılara məruz qalan xalqlardan biri də azərbaycanlılar olduqlarını qeyd edirlər. Bu reallıqdan çıxış edən tərəqqipərvər xalqlar erməniləri insanlıq üçün ən vəhşi toplum hesab edir və bunu öz dillərində kitablara salır, rəsm əsərlərində əks etdirir, yetişməkdə olan gənclərinə çatdırırlar. Yalnız son iki yüz il ərzində ermənilər tərəfindən iki milyona yaxın azərbaycanlı qətlə yetirilmiş, yüz minlərlə insan isə sağlamlığından məhrum olmuşdur. Təkcə XX əsrdə xalqımız dörd dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. 1918-ci il mart soyqırımı zamanı ermənilər Bakı, Naxçıvan, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Kürdəmir, Lənkəran, Gəncə və digər bölgələrdə minlərlə azərbaycanlını qətlə yetirmişlər. Erməni vandalizminin canlı şahidlərindən olmuş alman səyyahı və tədqiqatçısı A.Y.Kluqe qələmə aldığı xatirələrində yazır ki, ermənilər azərbaycanlı məhəllələrinə soxularaq hamını öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara da, yaşlılara da rəhm etməmişdilər. Martın 30-u, 31-i və aprelin 1-də ermənilər bolşevik Rusiyanın hərbi yardımı ilə təkcə Bakıda 15 min azərbaycanlını qətlə yetiriblər. Erməni vəhşiləri Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, 50 mindən çox soydaşımızın həyatına son qoydular. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi, yerlə yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyondan çox soydaşımız tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Rus diplomatı general Mayevski “Ermənilərin törətdiyi kütləvi qırğınlar” kitabında qeyd edir ki, zərərli təsirlər nəticəsində yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar erməni gəncləri yetişir: “Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-küdurət hissini heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, 3- 4 il ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı”.
Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı Günü” Fərmandan sonra...
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciələrin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu. AXC-nin hüquqi varisi olan müstəqil Azərbaycan dövləti erməni vəhşiliyinin tədqiq olunması və dünya xalqlarına çatdırılmasında əhəmiyyətli işlər görməkdədir. Xüsusilə də, Azərbaycan xalqının Ümummili Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Fərmanda deyilir: “1813-cü və 1828-ci illərdə imzalanan “Gülüstan” və “Türkmənçay” müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir”.
Ulu Öndərimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı Günü” Fərmandan sonra hər il martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev əsaslı olaraq tarixi çıxışlarında qeyd edirdi ki, ermənilərin torpaqlarımızda törətdiyi soyqırımılar kütləvi nəşrlərdə və informasiya vasitələrində daim əəks olunmalı və geniş formada dünya birliyinə çatdırılmalıdır: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.
Tarixin ən böyük yanlışlığı
Araşdırmalarla sübuta yetirilir ki, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi məqsədli xarakter daşıyıb. Bu köçürülmə siyasətinin arxasında isə Rusiya çarları dayanmışdı. İ.Şopenin 1852-ci ildə nəşr etdirdiyi “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” əsərində aydın şəkildə qeyd olunur. Onun qələmə aldığı əsərində qeyd olunanlara görə, 1852-ci Rusiya-Osmanlı müharibəsindən sonra indiki Qərbi Azərbaycan ərazilərində 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahiyaalmanın nəticələrinə görə, köçürülməyəcək vilayətlərdə 81749 nəfər müsəlman, 25151 nəfər erməni qeydə alınmışdı.1832-ci il siyahıyaalmasına görə, İrəvan əyalətindəki kəndlərdən 463-də müsəlmanlar( Azərbaycan türkləri), 98-də ermənilər, 63 kənddə isə Azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar. Beləliklə, erməni köçkünlər boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlılar yaşadığı 70 kənddə, 22 qarışıq və 47 erməni kəndində məskunlaşmışdı.
Bu və digər faktlara istinadən dünyanın ən vəhşi və vandal toplumunun ermənilərdən ibarət olduğunu desək səhv etmərik. Ermənilər o dərəcə vəhşi və idarəolunmaz terror əməlinə malik toplumdur ki, sovetlər dönəmində belə öz məkrli niyyətlərindən və məqsədlərindən əl çəkməmişlər. Hətta İkinci Dünya müharibəsindən qısa müddət sonra yaralar sağalmamış, daxili problemlər aradan qaldırılmamış erməni kilsəsi sovet rəhbərliyindən, xüsusilə də İosif Stalindən Azərbaycanın tarixi torpaqlarından onlara yeni ərazilərin verilməsi tələbi ilə müraciət etmişlər. 1945-ci il aprelin 19-da bütün ermənilərin VI katolikosu, arxiyepiskop Gevorq Çeorekçiyan SSRİ dövlətinin rəhbəri İ. Stalinə 11 bənddən ibarət ərizə ilə müraciət edir və onunla görüşür. Bu görüş zamanı İ.Stalin katolikosa xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçməyə və bundan əlavə Türkiyə Cümhuriyyətindən qondarma “Qərbi Ermənistan” adlanan torpaqların geri alınacağını söyləyir. Katolikosun ərizəsinin üstünə “Razıyam. Xalq Komissarları Sovetinin sədri İosif Stalin. 19.04.1945-ci il” dərkanarını qoyur. Nəticə etibarı ilə 945-ci il noyabrın 21-də SSRİ XKS-ti “Sovet Ermənistana xarici ölkələrdən qaytarılmaları ilə bağlı tədbirlər” haqqında 2947 saylı qətnamə qəbul edir. Bu qərarı alan Ermənistan SSR rəhbəri G.Arutinov İ.V.Stalinə Azərbaycanın qala qapısı, ulularımız qurucusu, məskən yeri olan Qarabağın Ermənistan SSR tərkibinə verilməsi ilə bağlı ona məktubla müraciət edir.İ.V.Stalin məktubu G.M.Malenkova ünvanlayır və məsələni Azərbaycan SSR rəhbəri M.C.Bağırovla müzakirə etməyi tapşırır. 1945-ci il noyabrın 28-də UİK(b)P MK-nın katibi G.M.Malenkov Azərbaycan KP(b)P MK-nın birinci katibi M.C.Bağırova teleqram vurur. A.Arutyunovun məktub-layihəsindəki dəlilləri alt-üst edən M.C.Bağırov bildirir ki, əgər ermənilərin əsas götürdükləri səbəbə görə Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, nə olar, qoy DQMV-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilsin. Ancaq bir şərtlə azərbaycanlıların yaşadığı Vedi, Qarabağlar və Yeğeqnadzor rayonları Naxçıvana birləşdirilsin, habelə, vaxtilə Gürcüstana və Dağıstana verilən Azərbaycan torpaqları geri qaytarılsın. M.C.Bağırovun tutarlı tələbi qarşısında aciz qalan ermənilər iddialarından geri çəkilir.
Erməni separatizminə 2020-ci il sentyabrın 27-də son qoyuldu
Bununla belə ermənilər 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı “Xarici ölkələrdən vətənləri Sovet Ermənistanına qayıdan milliyyətcə erməni olan şəxslərin SSRİ vətəndaşlığı almaq qaydaları haqqında” adlı qərarın verilməsinə nail oldular. Məhz xaricdən bölgəyə köçürülən ermənilər 1988-89-cu illərdə Azərbaycana qarşı terror aktları həyata keçirməyə başladılar. Əsrlərlə öz tarixi torpaqlarında yaşamış 250 mindən çox azərbaycanlı dədə-baba torpaqlarından zorla deportasiya edilmişdir. Deportasiya zamanı 225 nəfər qətlə yetirilmiş, 300 nəfər müxtəlif bədən xəsarətləri almış, 2000-ə yaxın azərbaycanlı türklərinin yaşadıqları kəndlər boşaldılmış, azərbaycanlılara məxsus tarixmədəni abidələr və qəbiristanlıqlar dağıdılmış, tarixi-coğrafi adlar dəyişdirilmiş, insanların mülkləri və şəxsi əşyaları əvəzsiz mənimsənilmişdir. Ermənilər vəhşi əməlləri ilə beynəlxalq sənədlərin müddəalarını kobudluqla pozmuşlar: BMT Nizamnaməsi; «İnsan Hüquqlarının Ümumi Bəyannaməsi» (1948); «İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası (1950); Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Pakt (1966); «Dini əqidə əsasmda diskriminasiya və dözülməzliyin bütün formalarının ləğv edilməsi haqqında» Bəyannamə (1986); «Hərbi cinayətlər və bəşəriyyət əlehinə olan müddət tarixinin tətbiq edilməməsi haqqında» Konvensiya (1968) və s. Beynəlxalq qanunları erməni toplumu kobud ı\kildə pozaraq azərbaycanlıları öz doğma yurd yuvalarından didərgin salmışlar. Bunla kifayətlənməyib Qarabağa qarşıda iddialar irəli sürmüş və xaricdəki himayədarlarından hərbi - siyasi dəstək almaqla ərazidə yaşayan dinc insanlara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Halbuki bu ərazilərdə yaşayan əhalinin, bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət olub. 1923- cü ilə qədər, yəni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılana qədər Dizax, Vərəndə, Çiləbird, Xaçın, Talış məlikliyi Xəmsə adlanırdı. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə, hətta bütün Şərqdə məşhur idi. Pənahəli xanm Qarabağın paytaxtı olaraq tikdirdiyi (1750-1757) Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur. XVIII əsrin sonları - XIX əsrin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. İbrahim xan Rusiya qoşunlarının komandanı R.D. Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi Qarabağın Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə 30 illik erməni işğalına son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Bu gün Azərbaycan əraziləri rahat nəfəs alır. Bölgədə separatizmə son qoyulması ilə genişmiqyaslı quruculuq, təmir, tikinti işləri həyata keçirilir. İnsanlarımız doğma yurd-yuvalarına qayıtmaqla bölgəni daha da inkişaf etdirir, gözəlləşdirir və əsrarəngiz diyara çevirirlər.
İLHAM ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 25 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















