Icma.az
close
up
RU
Müstəmləkəçiliyi dövlət siyasətinə çevirən Fransa Cənubi Qafqaza nüfuz etmək cəhdləri əbəsdir ŞƏRH AZƏRTAC

Müstəmləkəçiliyi dövlət siyasətinə çevirən Fransa Cənubi Qafqaza nüfuz etmək cəhdləri əbəsdir ŞƏRH AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 noyabr, Rabil Kətanov, AZƏRTAC

Vyetnam, Laos və Kamboca 1880-ci illərdən başlayaraq “Fransa Hind-Çini” adı altında birləşdirilərək Fransanın müstəmləkəsinə çevrildi. Fransa bu əraziləri 60 ildən çox öz tabeçiliyində saxlayaraq ucuz işçi qüvvəsi vasitəsilə xammal əldə edib iqtisadi, siyasi nüfuz dairəsini genişləndirməyə başladı. Özünün müstəmləkəçilik siyasətini “sivil missiya” adlandırsa da, əslində, Fransa iqtisadi maraqlar güdərək bu regiondakı xalqları istismara məruz qoyurdu. Nəticədə Vyetnam xalqı öz vətənində şəxsi mülkiyyətdən məhrum olaraq ağır istismara məruz qalırdı.

Ümumiyyətlə, XVII əsrdən başlayaraq Fransa imperiya siyasətini daha da genişləndirməyə başlayıb. 1800-ci ildə Afrika, Karib dənizi və Sakit Okean ölkələri, həmçinin Cənub-Şərqi Asiyada yaşayan xalqlar Fransanın kolonializm siyasətinin qurbanına çevrildilər. Fransa özünün çirkin niyyətini “yeni torpaqlara sivilizasiya gətirmək” adı altında gizlədirdi. Guya inkişafdan geri qalan regionları modern vəziyyətə gətirməyə çalışan Fransanın əsas məqsədi iqtisadi istismardan ibarət idi.

Fransa Hind-Çininin general-qubernatoru Pol Dümer yazırdı ki, onun qızı və xanımı yerli insanlara “yardım” göstərərək iqamətgahın qarşısına toplaşanlara xırda pullar atırdılar. Şikayətə, yardım almağa və digər problemlərlə əlaqədar general-qubernatorun iqamətgahı qarşısına gələn insanlar isə bir-birilərini itələyərək həmin pulları yığmağa çalışırdılar. General-qubernatorun qızı və xanımı isə bu insanlıqdan kənar mənzərəyə baxaraq əylənirdilər. Paradoksal hal isə ondan ibarət idi ki, bu “mərasimi” onlar “humanizm” adlandırır, yerli xalqa pul verib kömək etdiklərini deyirdilər. 1900-cu ildən 1945-ci ilədək Fransa Hind-Çininə 20-dən çox general-qubernator rəhbərlik edib və onların hamısı eyni “mərasimi” keçiriblər. Tədricən muxtar quruma çevrilən Fransa Hind-Çini korrupsiya və rüşvətxorluq məkanı olmuşdu. Yerli xalqlar ən cüzi problemin həll olunması üçün mütləq fransalı məmurlara rüşvət verməli idilər.

Mümkün müqavimətin qarşısını almaq üçün isə Fransa “parçala və hökm sür” prinsipini əsas götürərək Vyetnamı 3 vilayətə ayırmışdı. Tonkin, Annam və Koçinçina vilayətlərində yaşayan kiçik xalqlar bir-birilərinə qarşı yönəldilir, süni münaqişələr yaradılır və ən xırda məsələlər isə böyüdülürdü. Milli birliyə qətiyyən imkan verilmirdi. Hətta “Vyetnam” sözünü ifadə etmək qadağan olunmuşdu.

Fransa müstəmləkəçilik siyasətini milli nüfuzunu yüksəltmək, beynəlxalq arenada mövqelərini möhkəmləndirmək, iqtisadi qüdrətini artırmaq üçün həyata keçirirdi. Fransalı tarixçi-filosof Ernest Renan yazırdı: “Koloniya milli gücün və var-dövlətin mənbəyidir. Onlar bizə resurs və nüfuz verir ki, bu da bizə böyük dövlətlərin yanında daha böyük və qüvvətli olmaq üçün imkan yaradır”. Alim özünün “Mənəvi və intellektual islahatlar” adlı kitabında yazır: “Fransa dünyada öz sərhədlərini mütləq genişləndirməli, dünyaya nüfuz etməli, mədəniyyətimizi və sivilizasiyamızı qəbul etdirməlidir”. Fransa Prezidenti Qaston Dumberq isə 1930-cu ildə parlamentdəki çıxışında demişdir: “Fransa imperiyasının koloniyalarının ərazisini genişləndirmək bizim borcumuzdur. Bu, Fransanın beynəlxalq arenadakı nüfuzunun möhkəmlənməsi üçün şansdır”. Bu gün Vyetnamın paytaxtı Hanoy şəhərində həmin dövrün vəhşiliklərini əks etdirən muzey fəaliyyət göstərir. Bu muzeydə Fransanın insanların başlarına açdığı oyunlar eksponatlar vasitəsilə ətraflı şəkildə əks olunub.

Bütün bu tarixi proseslərə və Fransanın müasir dövrümüzdəki siyasətinə nəzər yetirdikdə rəsmi Parisin müstəmləkəçilik siyasətini bu gün də davam etdirdiyini görürük. Fərq yalnız ondan ibarətdir ki, XIX-XX əsrlərdə Fransa müstəmləkə siyasətini xalqlara “sivilizasiya bəxş etmək” adı altında həyata keçirirdisə, müasir dövrümüzdə bunu “demokratiya” adı ilə pərdələyərək reallaşdırmağa çalışır.

Fransanın bu siyasəti hərbi cinayətlər və qəddarlıqlar ilə müşayiət olunub. Belə ki, Əlcəzairdə 1 milyon, Vyetnamda 15 min, Madaqasqarda 20 min insan qətlə yetirilib. Fransalı general Embal Jan-Jak Pelisenin qəddarlığı öz ölkəsində belə lənətlə qarşılanmışdı. General 1845-ci ildə 1000 əlcəzairli üsyançını diri-diri yandırmaqla “şöhrət” tapmışdı. Bu hadisə həmin dövrdə bütün dünyanı lərzəyə gətirmişdi.

Belə “şərəfli” tarixə malik olan dövlət bu gün Ermənistanı silahlandırıb Azərbaycana qarşı yönəltməklə heç də ermənilərin qayğısına qalmaq məqsədi güdmür, özünün iqtisadi maraqlarına, dünyada söz sahibi olmaq istəyinə nail olmağa çalışır. Belə tarixə malik olan dövlətin istər Azərbaycana, istərsə də digərlərinə demokratiya dərsi keçməyə haqqı varmı? Rəsmi Paris “Parçala və hökm sür” prinsipini Vyetnamda tətbiq etdiyi kimi, bu gün Cənubi Qafqazda da həyata keçirməyə çalışaraq Ermənistanla Azərbaycan arasında sülhün yaradılmasına imkan vermir. O, Ermənistanda “revanş” hissinə qapılanlara himayədarlıq edir, onları küçə və meydanlara çıxarıb iki dövlət arasında yeni münaqişə alovlandırmağa cəhdlər göstərir. Bütün bunlar isə “demokratiya” pərdəsi altında həyata keçirilir. “Bulanıq suda balıq tutmağ”ın asan olmasını artıq dünya bilir. Fransanın 28 il ATƏT-in Minsk qrupuna həmsədrlik edərək heç bir nailiyyətə nail ola bimləməsinin səbəbləri indi daha aydın görünür. Həmsədrlik dövründə rəsmi Paris, sadəcə olaraq, regionumuzda sülhün hökm sürməsində maraqlı olmayıb. Buna görə də 28 il ərzində “nala-mıxa” vuraraq münaqişənin uzun sürməsinə şərait yaradıb. Qarabağ erməni işğalından azad edildikdən sonra Fransa regionda fəallaşdı. Hansı amillər Fransanı fəallaşmağa vadar edib? Bu suala yuxarıda göstərdiyimiz faktlarla cavab vermişik. Fransa dünyada nüfuzunu artırmağa, regionun təbii sərvətlərinə sahib çıxmağa, Şərqdən Qərbə və əks istiqamətdə uzanan nəqliyyat dəhlizlərinə nəzarət etməyə, region dövlətləri ilə iqtisadi siyasi əlaqələr malik digər böyük dövlətlərə gücünü göstərməyə və bu kimi digər amillərə görə Ermənistana himayədarlıq edir. Lakin zaman çox dəyişib. Artıq Azərbaycan 1990-cı illərdəki dövlət deyil. Qarabağın azad edilməsi Azərbaycanın dünya birliyində nüfuzunu daha da artırdı. Fransa isə getdikcə nüfuzdan düşməkdədir. Afrikadan və Asiyadan qovulan rəsmi Paris bunu Cənubi Qafqazla kompensasiya etməyə çalışır. Əminliklə söyləmək olar ki, Fransanın bu cəhdləri iflasa uğrayacaq və o, bölgəmizə nüfuz etməyə buna nail ola bilməyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see278

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see231

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see218

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see181

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see179

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see149

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see145

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see143

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see133

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see129

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see127

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see125

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri