Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası bundan sonra da ölkəmizin və xalqımızın gələcək inkişafının sarsılmaz təməli olacaqdır

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası bundan sonra da ölkəmizin və xalqımızın gələcək inkişafının sarsılmaz təməli olacaqdır

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, bu il ölkəmizdə müstəqillik dövrünün iki mühüm tarixi hadisəsi – müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30 ili və torpaqlarımızın azadlığa qovuşması nəticəsində Əsas Qanunumuzun bütün ölkə ərazisində hüququnun bərpasının 5 ili qeyd edilir. Bu baxımdan Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişaf yolunda, hüquqi dövlətçilik və suverenlik prinsiplərinin möhkəmləndirilməsində mühüm hadisədir.

Yeri gəlmişkən, qeyd edək ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası müstəqil dövlətimizin siyasi, iqtisadi və hüquqi əsaslarını fundamental sənəd olaraq müəyyənləşdirdi. Eyni zamanda, bu sənəd Azərbaycan xalqının müstəqilliyinin bərpasından sonra dövlət idarəçiliyinin hüquqi çərçivələrini, vətəndaşların hüquq və azadlıqlarını, dövlətin quruluş əsaslarını təsbit etdi. Konstitusiya qəbul edilən dövrdə yenicə müstəqillik qazanan respublikamızda daxili sabitlik və milli təhlükəsizlik təhlükəli həddə idi. Buna baxmayaraq, ulu öndər Heydər Əliyevin siyasi iradəsi və liderlik bacarığı sayəsində Azərbaycanın dövlətçilik dayaqları getdikcə möhkəmlənir, hüquqi sistem qurulur, demokratik inkişaf üçün əlverişli zəmin yaranırdı.

Xüsusilə qeyd etmək lazımdır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev hüquqi dövlətçiliyi və qanunun aliliyini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi. Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində məhkəmə-hüquq sistemi yenidən quruldu, hüquq-mühafizə orqanlarının fəaliyyəti hüquqi dövlət tələblərinə uyğunlaşdırıldı. 1995-ci il Konstitusiyası isə bu siyasətin ən mühüm nəticələrindən biri idi. Ulu öndər bu sənədi Azərbaycan dövlətçiliyinin hüquqi əsası adlandıraraq, gələcək islahatların məhz Konstitusiyanın prinsipləri üzərində qurulacağını bəyan etdi. Ümumiyyətlə, Əsas Qanunun qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri idi. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Ulu öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya mühüm önəm daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu da qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Onu da qeyd etmək lazımdır ki, Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər keçirildi. Əsas Qanunun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu öndərin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Məlumdur ki, Müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının gerçəkləşdirilməsini dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Konstitusiyasının əsas prioritetləri idi. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsi isə ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisi kimi diqqət çəkdi. Bu məqamda onu da qeyd edək ki, 2020-ci ildə əldə olunan tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü və konstitusion hüquqları tam bərpa olundu. Bu, yalnız hərbi-siyasi qələbə deyildi, həm də hüquqi dövlət prinsipinin – yəni Konstitusiyanın respublikamızın bütün ərazilərində qüvvədə olmasının təminatı idi. Prezident İlham Əliyev bu məsələnin böyük əhəmiyyətini vurğulayaraq tarixi Zəfərimizdən sonrakı çıxışlarının birində – “Biz yalnız torpaqlarımızı azad etmədik, həm də Konstitusiyamızın aliliyini bütün ölkə ərazisində reallaşdırdıq” – bildirirdi.

Respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və media üçün hüquqi dövlətçilik, vətəndaş hüquqları, milli suverenlik, eləcə də demokratik dəyərlərin təbliği baxımından geniş imkanlar yaradır. Hazırda nəzərdə tutulan tədbirlərin icrası həm ölkə vətəndaşlarının hüquqi maarifləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsinə böyük töhfə verir.

Ən əsası, Ölkəmiz Konstitusiyanın və qanunların aliliyini gerçəkləşdirməklə müasir, demokratik, ədalətli və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir.

Anar Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri