UNEC tələbələri “Əlaçı” təqaüd proqramında yenə liderdir!
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“PAŞA Holdinq” və “PAŞA Sığorta”nın həyata keçirdiyi “Əlaçı” 2026-cı təqaüd proqramının nəticələri açıqlanıb.
XQ xəbər verir ki, ötən illərdə olduğu kimi, bu il də qaliblər arasında UNEC tələbələri üstünlük təşkil edib.
Ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi müsabiqədə qalib seçilən 100 tələbədən 32-si UNEC tələbəsidir.
Qaliblərdən 13-ü Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), 4-ü Maliyyə və mühasibat fakültəsinin, 3-ü Rus İqtisad Məktəbinin, digər tələbələr isə universitetin müxtəlif fakültələrinin təmsilçiləridir.
UNEC tələbələri son illərdə də “Əlaçı” təqaüd proqramında yüksək nəticələr göstəriblər. Belə ki, 2023-cü ildə 41, 2024-cü ildə 45, 2025-ci ildə isə 37 UNEC tələbəsi proqramın qalibi olub.
“Əlaçı” təqaüd proqramının qalibləri bir il ərzində aylıq təqaüdlə təmin olunacaqlar. Bununla yanaşı, tələbələr üçün şəxsi və karyera inkişafı üzrə təlimlər, karyera məsləhətləri, mentorluq, dərsdənkənar fəaliyyətlər və şəbəkələşmə imkanları yaradılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Oktyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















