Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Müstəqil, qüdrətli və qalib Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi ilə bağlıdır

Müstəqil, qüdrətli və qalib Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi ilə bağlıdır

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Müsahibimiz Milli Məclisin deputatı Əli Hüseynli

Əli müəllim, müasir Azərbaycan dövlətinin bütün nailiyyət və qələbələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik dövlət xadiminin 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra görülən işlər ölkəmizin əsl müstəqilliyini və davamlı yüksəlişini təmin etdi. Həmin tarixi dövrə nəzər saldıqda hansı nəticələri ifadə etmək olur?
- Danılmaz faktdır ki, XX əsrin sonlarında ölkəmizin müstəqilliyinin qorunması, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin gücləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini formal olaraq bərpa etsə də, ölkədə siyasi sabitlik, iqtisadi inkişaf və təhlükəsizlik təmin olunmamışdı. Son dərəcə ağır tarixi şəraitdə Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti uzaqgörən siyasəti hadisələrin düzgün məcrada inkişafı üçün həlledici amilə çevrildi. Belə ki, daxili siyasi qarşıdurmalar, Ermənistanın təcavüzü, iqtisadi böhran, dövlətçiliyin zəif institusional bazası respublikanı dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb bir şəraitdə 1993-cü ilin iyun ayında xalqın tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gələrək hakimiyyətə qayıtdı və dövlət quruculuğu prosesinə milli lider kimi rəhbərlik etməyə başladı.
1993-cü il oktyabrın 3-də xalqın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin ən böyük xidmətlərindən biri siyasi sabitliyin bərpası oldu. “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Biz müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz etməliyik”, həqiqətini ortaya qoyan Ulu Öndər dövlət çevrilişi cəhdlərini aradan qaldırdı, ölkədə vətəndaş qarşıdurmalarına son qoydu.
Onun bilavasitə rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun bünövrəsini müəyyənləşdirdi. Bu sənəd demokratik idarəetmənin, hakimiyyət bölgüsünün və vətəndaş hüquq və azadlıqlarının əsaslarını təsbit etdi. Milli Məclisin, icra strukturlarının və məhkəmə hakimiyyətinin fəaliyyət mexanizmi də məhz bu dövrdə formalaşdı. Beləliklə, dövlət institutlarının sabit fəaliyyəti üçün hüquqi zəmin yaradıldı.
- Bəhs olunan mərhələdə ölkənin iqtisadi inkişafının təmin olunması, hərbi qüdrəti və beynəlxalq siyasi nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin strateji əhəmiyyəti nədən ibarət idi?
- Müstəqilliyin ilk illərində nizami ordunun olmaması Azərbaycanın müdafiə qabiliyyətini zəiflədir və Ermənistan qarşısında ölkəni çətin vəziyyətə salırdı. Heydər Əliyev tərəfindən qısa müddətdə güclü, peşəkar ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Məhz onun atdığı qətiyyəti sayəsində müdafiə sənayesi və hərbi təhsil sistemi formalaşdırıldı milli təhlükəsizlik konsepsiyası işlənib hazırlandı. Bununla da dövlət quruculuğunun mühüm sütunu olan güclü silahlı qüvvələrin təməli qoyuldu.
Dövlət quruculuğunun əsas prioritetlərindən biri möhkəm iqtisadi bazanın yaradılmasıdır. Bu reallığı hər kəsdən yaxşı bilən Heydər Əliyev bazar iqtisadiyyatı prinsiplərini Azərbaycanda tətbiq etdi, islahatlar həyata keçirdi. Onun ən böyük layihəsi “Əsrin müqaviləsi” oldu. 1994-cü ildə imzalanmış bu müqavilə Azərbaycanın enerji resurslarını dünya bazarına çıxardı, özəlləşdirmə və bazar iqtisadiyyatına keçid islahatları həyata keçirildi. Bakı-Tbilisi-Ceyhan və digər enerji-nəqliyyat layihələri həm də regionda Azərbaycanın geosiyasi rolunu artırdı. Xarici sərmayələrin ğlkəyə cəlb olunması iqtisadiyyatı böhrandan çıxardı və gələcək inkişaf üçün güclü zəmin yaratdı. Nəticədə iqtisadi müstəqillik gücləndi, dövlətin sosial funksiyalarını yerinə yetirməsi üçün möhkəm maddi baza formalaşdı. İqtisadi strategiya və gələcəyə yönəlik baxışlarını Heydər Əliyev belə ifadə edirdi: “Azərbaycan öz təbii sərvətlərinin həqiqi sahibidir və bu sərvətlər xalqımızın rifahına xidmət etməlidir”. Vətəndaş rifahını müasir dövlətin əsas məqsədlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyevin dövründə təhsil və səhiyyə sahələrində islahatlar aparıldı, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi təmin olundu.
Heydər Əliyev balanslaşdırılmış, praqmatik xarici siyasət kursu ilə Azərbaycan regionun mühüm aktoruna və liderinə çevrildi. O, BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirdi, həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurdu. Bu siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb oldu. Beləliklə, dövlətin beynəlxalq legitimliyi möhkəmləndi və Azərbaycan regional güc mərkəzinə çevrildi.
Heydər Əliyev dövlət quruculuğunu yalnız siyasi və iqtisadi aspektlərlə məhdudlaşdırmadı. O, milli-mənəvi dəyərlərə əsaslanan dövlətçilik fəlsəfəsini formalaşdırdı. Azərbaycançılıq ideologiyası ölkənin birləşdirici mənəvi sütununa çevrildi, bütün dünya azərbaycanlılarını birləşdirən əsas ideya kimi formalaşdı. Milli həmrəylik müstəqil dövlətin uzunmüddətli inkişaf yolunu müəyyənləşdirdi. Tarixi-mədəni irs qorundu, gənc nəslin milli ruhda tərbiyəsi diqqət mərkəzində oldu. Bu proseslər dövlətlə cəmiyyət arasında güclü etimad münasibətlərinin formalaşmasına gətirdi.
- Əli müəllim, qalib və qüdrətli Azərbaycan bu gün Prezident İlham Əliyevin liderliyi ilə inamla inkişaf edərək yeni zirvələr fəth edir…
Bu gün müstəqil Azərbaycan dövləti regionun aparıcı güclərindən birinə çevrilmişsə, bu, məhz Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində mümkün olmuşdur. Müasir Azərbaycan dövlətçiliyində Heydər Əliyev irsi indi Prezident İlham Əliyevin simasında yeni reallıqlara və çağırışlara uyğun olaraq daha böyük uğurla davam etdirilməkdədir. Xalqın dərin etimadına arxalanaraq və qalib ordumuzun yenilməz qüdrətinə güvənərək Qarabağ məsələsinin ədalətli həllinə nail olmaqla Azərbaycan dünyasına bənzərsiz tarixi Zəfər ruhunu bəxş etmiş Müzəffər Ali Baş Komandanımızın həyata keçirdiyi siyasi xətt də bu kursun məntiqi davamıdır.
Beləliklə, Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı, İlham Əliyev isə onun qurduğu möhkəm təməl üzərində dövlətimizi XXI əsrin regional güc mərkəzinə çevirən liderdir. Birincinin dediyi “Müstəqilliyi qorumaq” şüarı ilə ikincinin “Tarixi ədaləti bərpa etmək” missiyası birləşərək müasir Azərbaycan reallığını formalaşdırır. Bu gün ölkəmizin inkişafı, təhlükəsizliyi və beynəlxalq nüfuzu məhz bu siyasi irsin davamlılığının bariz sübutudur. Dövlət başçımızın dediyi kimi, “Bizim siyasətimizin təməlində Heydər Əliyev siyasəti dayanır. Bu siyasət müstəqilliyi qorudu, dövlətçiliyi möhkəmləndirdi və Azərbaycanın gələcəyini təmin etdi.”

Əli Hüseynli
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see11863

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see667

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see269

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see239

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see202

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see165

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see153

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see146

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see139

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see133

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see131

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see131

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see128

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see128

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see126

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see126

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see125

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see123

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri