Icma.az
close
up
RU
Qazaxda “Varislik ənənəsinin uğurlu davamı əbədi müstəqillik” adlı tədbir keçirilib

Qazaxda “Varislik ənənəsinin uğurlu davamı əbədi müstəqillik” adlı tədbir keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazax, 27 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-Liseyin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar “Varislik ənənəsinin uğurlu davamı - əbədi müstəqillik” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə “Qalib ölkənin müstəqilliyi” filmi nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən, müstəqilliyimizin keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, Azərbaycan xalqı Şərqdə ilk dünyəvi və parlamentli respublika yaradaraq öz dövlətçiliyini qurub. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”. Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, bu müddət ərzində böyük işlər görə bilib.

Çıxışlarda müstəqilliyin bərpa edilməsindən, onun qorunub saxlanılmasından və möhkəmləndirilməsindən də danışılıb. Bildirilib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi. 1993-cü ilə qədər formal xarakter daşıyan müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində əbədi oldu, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlara başlanıldı. Nizami ordu yaradıldı, ölkəmizə böyük həcmdə xarici sərmayə cəlb olundu, Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq öz inamlı siyasətini aparır. Ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atır, uğurlar qazanır. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Azərbaycan torpaqlarını işğaldan qurtarıb, suvenreliyini bərpa edib. İndi azad olunan torpaqlarda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, insanlar doğma yurdlarına qayıdırlar.

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-Liseyin şagirdləri Müstəqillik Gününə həsr edilmiş şeir səsləndirib, ədəbi kompozisiyalar nümayiş etdiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri