Icma.az
close
up
RU
Müstəqillik və suverenlik xalqın milli kimliyini, tarixi varlığını təsdiqləyən dəyərlərdir RƏY

Müstəqillik və suverenlik xalqın milli kimliyini, tarixi varlığını təsdiqləyən dəyərlərdir RƏY

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Hər bir xalq üçün öz taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyu çətin sınaqlardan keçib, işğallar, müharibələr xalqımızın milli iradəsini sınayıb. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqının müstəqillik, azadlıq və dövlətçilik arzusu heç vaxt sarsılmayıb, daim yeni güc və enerji ilə nəsildən-nəsilə ötürülüb. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. XX əsrin sonlarında Azərbaycan xalqı da öz azadlığı və dövlət suverenliyi uğrunda mübarizəyə qalxdı. Bu hərəkatın nəticəsi olaraq, 1989-cu ilin sentyabrında qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında" Qanun Azərbaycan dövlətçiliyinin bərpası yolunda atılan həlledici addımlardan biri oldu. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini rəsmən elan etsə də Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmiz beynəlxalq birlik tərəfindən tanınmış və suveren Azərbaycan hakimiyyətinin coğrafi sərhədləri daxilində yerləşən ərazilərinin 20 faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

O qeyd edib ki, bu işğal faktı dövlət müstəqilliyimizi və suverenliyimizi yarımçıq hala saldı. Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi Azərbaycanın müəyyən ərazisi üzərində daxili suverenliyini, yəni ali hakimiyyətin tətbiqi sferasını məhdudlaşdırdı, suveren ali hakimiyyətin dövlətin müəyyən ərazisi daxilində tətbiqinə maneə törətdi. Lakın bu işğal Azərbaycanın beynəlxalq hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Nəticə etibarilə, Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi bütün işğal dövründə beynəlxalq birlik tərəfindən Azərbaycanın suveren ərazisi olaraq tanındı. Azərbaycan xalqı suverenlik prinsipindən heç vaxt geri çəkilmədi, xalqımız əsrlər boyu qarşılaşdığı hərbi, siyasi, iqtisadi çətinliklərə, işğal və təzyiqlərə rəğmən, müstəqillik əzmini heç vaxt itirmədi, dövlətçilik arzusu ilə mübarizəsini davam etdirdi.

“Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş oldu. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatlarına başlanıldı. Cəmi 23 saat davam edən Dövlət Suverenliyinin Tam Bərpası Əməliyyatı nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Bu baxımdan, 2024-cü il sentyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biridir. Ölkəmiz bu günü ilk dəfə rəsmi olaraq qeyd edir. Bu gün təkcə keçmişin qələbəsini deyil, həm də gələcəyin güclü və müstəqil Azərbaycanını simvolizə edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da dövlətçiliyimizin möhkəmlənməsinə verilən xüsusi önəmin bariz göstəricisidir. Bu, bir tərəfdən milli kimliyimizi və hüquqi-siyasi əsaslarımızı təsdiqləyir, digər tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

“Azərbaycan dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ yaşayır. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüzə və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərinə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”, - deyə F.İbrahimli vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri