Icma.az
close
up
RU
Builki Müstəqillik Günü Azərbaycanın suverenlik tarixində yeni mərhələnin rəmzidir RƏY

Builki Müstəqillik Günü Azərbaycanın suverenlik tarixində yeni mərhələnin rəmzidir RƏY

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 may, AZƏRTAC

Builki bayram Azərbaycan dövlətçiliyi tarixində təkcə 107 illik irsə sayğı günü deyil, həm də suverenliyin gerçək məkanlarda təsdiqinin və quruculuğun daha da dərinləşməsinin simvoluna çevrilib.

Bu fikirləri 28 May – Müstəqillik Günü münasibətilə AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bildirib.

QHT sədri qeyd edib ki, bu il Müstəqillik Günü azad Şərqi Zəngəzurun strateji bölgələrindən olan Laçında qeyd olunur: “Laçında açılan hər qapı, qaldırılan hər bayraq – dövlətimizin öz Laçınına əbədi qayıdışının canlı şahididir. Burada Prezident İlham Əliyevin iştirakı ilə keçirilən bir sıra tədbirlər, o cümlədən Laçın Hava Limanının açılışı, “Böyük Qayıdış” proqramı çərçivəsində sakinlərə mənzillərin təqdim olunması və ikinci Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Zirvə Görüşünün məhz Laçında baş tutması, Azərbaycanın siyasi, iqtisadi və geostrateji gücünü bir daha nümayiş etdirir.

Pakistanın Baş naziri və Türkiyə Respublikasının Prezidenti ilə Laçında keçirilən görüşlər, müttəfiqlik və qardaşlıq münasibətlərinin yeni bir mərhələyə keçdiyini göstərir. Laçının yeni açılan hava limanına ard-arda iki qardaş ölkənin liderlərini daşıyan təyyarələrin enməsi – həm tarixi ədalətin, həm də gələcəyə inamın rəmzidir.

Prezident İlham Əliyevin Laçında vətəndaşlarla keçirdiyi səmimi görüşlər, uşaqlarla etdiyi söhbətlər, mülki infrastruktura açarların təqdimatı bir daha göstərdi ki, müstəqillik yalnız siyasi akt deyil, həm də insanların həyatında hiss olunan, yaşanılan xoş bir gerçəklikdir.

Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın hava nəqliyyatı infrastrukturunun strateji halqasına çevriləcək, eyni zamanda bölgənin iqtisadi potensialını artıracaq. Üstəlik, bu hava qapısı ölkəmizin turizm, ticarət və beynəlxalq əlaqələr baxımından yeni imkanlara açıldığını nümayiş etdirir",-deyə o qeyd edib.

A.Bağırovanın fikrincə, Müstəqillik Günü Laçında keçirilirsə, bu, tarix və coğrafiyanın üzvi birliyidir – çünki 1918-ci ildə olduğu kimi, bu gün də Azərbaycan öz sərhədləri və öz iradəsi ilə tarix yazır: "Bu ilki Müstəqillik Günü təkcə keçmişin anılması deyil, gələcəyin inşasıdır. Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti, bərpa və yenidənqurma işləri, Laçın, Zəngilan, Füzuli və digər bölgələrə mədəni həyatın qayıdışı, yeni nəsillərin doğma yurdda böyüməsi Azərbaycanın əbədi və sarsılmaz müstəqilliyinin rəmzidir.

Azərbaycan xalqı bu gün daha da güclüdür. Bu gücün mayasında tarix var, torpaq var, şəhid qanı və dövlət iradəsi var. Ona görə də deyirik: Şəhidlər ölmədi, Vətən bölünmədi! Bayrağımız daim uca olsun!”,- deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri