Icma.az
close
up
RU
Müştəri VTB Bank kreditinin azalmadığını iddia edir

Müştəri VTB Bank kreditinin azalmadığını iddia edir

Icma.az, Azpost saytına istinadən bildirir.

VTB Bank-dan götürülən kreditlə bağlı sosial şəbəkələrdə narazılıq paylaşılıb. AzPost xəbər verir ki, Qərib Qocayev adlı istifadəçi bankdan 2021-ci ildə götürdüyü kreditin illər keçməsinə baxmayaraq hələ də bitmədiyini bildirir.

İstifadəçinin sözlərinə görə, o, son beş il ərzində kredit üzrə mütəmadi ödənişlər edib və aylıq olaraq 130–150, bəzi hallarda isə 200 manata yaxın məbləğ ödəyərək borcu daha tez bağlamağa çalışıb. Lakin buna baxmayaraq, kreditin əsas borcunun gözlənildiyi kimi azalmaq əvəzinə demək olar ki, yerində qaldığını iddia edir.

Q.Qocayev qeyd edir ki, son ödənişlərdən birində 130 manat köçürdüyü halda borc məbləğinin 1 394 manatdan cəmi 1 380 manata düşdüyünü görüb. Onun sözlərinə görə, bu halda ödənişdən cəmi 14 manat əsas borcdan silinib, qalan məbləğ isə dəyişməz qalıb. İstifadəçi hesab edir ki, “toxunulmaz” kimi göstərilən əsas borcun uzun müddət azalması başa düşülən deyil.

Şikayətçi əlavə edir ki, ilkin olaraq bankdan təxminən 7 000 manat kredit götürüb, lakin indiyədək çeklərə əsasən artıq 10 000 manata yaxın ödəniş edib. Buna baxmayaraq, kreditin hələ də tam bağlanmaması onda ciddi narazılıq yaradıb və bu vəziyyəti izah etməkdə çətinlik çəkdiyini bildirib.

Paylaşımda vurğulanır ki, müştəri kredit şərtləri, faiz hesablanması və əsas borcun niyə bu qədər ləng azalması ilə bağlı aydın məlumat ala bilmir. O, bu səbəbdən VTB Bank-dan kredit götürməsini səhv qərar kimi qiymətləndirdiyini də qeyd edib.

VTB Bank tərəfindən sözügedən iddialarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri