Icma.az
close
up
RU
Müştərilər artdı: “Bir stəkan içən qrip olsa, xərcini mən çəkərəm”

Müştərilər artdı: “Bir stəkan içən qrip olsa, xərcini mən çəkərəm”

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Aydın bölgəsində havaların soyuması ilə turşu satışında xeyli sıxlıq artıb.

Yarım əsrlik təcrübəyə malik, turşu istehsalı ilə məşğul olan Hüseyn Nurlu, qış xəstəliklərinə qarşı turşu suyunun təbii bir qalxan olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Nurlu vətəndaşlara gündə bir stəkan turşu suyu içməyi adətə çevirməyi tövsiyə edir. O, qış aylarında insanların immuniteti gücləndirən qidalara yönəldiyini, buna görə də turşu və turşu suyuna tələbatın xeyli artdığını bildirib.

Qrip və soyuqdəyməyə qarşı təbii qoruma təmin edən, xüsusi fermentasiya üsulları ilə hazırlanan turşu növləri həm dadı, həm də sağlamlığa faydası ilə ən çox seçilən məhsullar arasındadır. Efeler ilçəsində Doğu Gazi Bulvarında iş yeri olan və yarım əsrdir turşu satışı ilı məşğul olan Hüseyn Nurlu, vətəndaşların hər zaman turşu istehlak etdiyini, lakin qış dövründə bu istehlakın bir qədər də artdığını vurğulayıb. Özəl reseptlə limon və ev sirkəsi ilə fermentasiya etdikləri turşu suyunun əsl şəfa mənbəyi olduğunu qeyd edərək deyib:

“Bu suyu nə qədər içsəniz, nə təzyiq oynadar, nə də mədəyə zərər verər. Gündə bir stəkan içən kəs qrip olsa, bütün xərclərini mən çəkəcəyəm.”

Turşuların tamamilə öz istehsalları olduğunu bildirən Nurlu, məhsul seçimi, duz və sirkə nisbəti də daxil olmaqla bütün mərhələləri özü nəzarətdə saxladığını, satış hissəsi ilə isə qida mühəndisi olan həyat yoldaşının məşğul olduğunu deyib. O əlavə edib:

“Ankara çubuğu adlandırdığımız xırda xıyar turşusu, kələm, acı bibər, acur, kelek və daha çox çeşidimiz var. Turşunun getməyəni yoxdur. Amma ən çox xıyar, Ankara çubuğu, qarışıq turşu, kələm və acı bibər daha çox satılır. Turşu qripin və soyuqdəymənin ən böyük düşmənidir. Amma hər turşu deyil - xüsusən də fabrik istehsalı olanlar. Bizim hazırladığımız turşu evdə ediləndən daha gigiyenik və keyfiyyətlidir.”

Turşuları hazırlayarkən ev sirkəsi istifadə etdiklərini deyən Nurlu belə davam edib:

“Turşularımızın hamısı öz istehsalımızdır. Məhsulların seçilməsindən hazırlanmasına qədər hər mərhələdən mən keçirəm. Burada da həyat yoldaşım satışı idarə edir. Biz limonu fermentasiya edərək turşu hazırlayırıq. Öz hazırladığımız sirkə ilə turşularımızı qururuq. Müştərinin istəyi ilə əvvəlcə məhsulu susuz çəkirik, sonra limon fermenti və sirkə ilə hazırladığımız xüsusi qarışığı əlavə edirik. Bu su qripə qarşı təbii şəfa mənbəyidir. Nə təzyiq oynadar, nə də mədəyə zərər verər.”

Hüseyn Nurlu gündə iki stəkan turşu suyu içdiyini və nə şəkər, nə də xolesterin problemi yaşadığını, sağlamlığını bu davamlı istehlaka borclu olduğunu bildirib. Vətəndaşlara da turşu və turşu suyu içməyi məsləhət görüb.

İl boyu turşu aldığını bildirən vətəndaş Mustafa Ulurak isə belə deyib:

“Hər zaman turşu alıb yeyirik, amma qış aylarında bu, bir az daha artır. Adətən xıyar, bamya, təzə lobya, gül kələmi, kələm kimi məhsulları seçirik. Əslində bütün turşular dadlıdır. İmmuniteti gücləndirmək üçün daim yeyilməli qidadır. Qrip və soyuqdəyməyə də çox yaxşı təsir edir. Ona görə heç bir turşudan vaz keçmirik.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri