Icma.az
close
up
RU
Müştərinin cibinə təsir edəcək dəyişiklik: Banklar kəşbek faizlərini niyə azaldır?

Müştərinin cibinə təsir edəcək dəyişiklik: Banklar kəşbek faizlərini niyə azaldır?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlər bəzi banklar müştərilərə təqdim olunan kəşbek faizlərini azaldırlar.  Bunun əsas səbəbi nədir – bankların xərclərinin artması, kart əməliyyatlarından gəlirlərin azalması, yoxsa ümumi bazar strategiyası ilə bağlıdır? 

Banklar kəşbek əvəzinə müştəriləri cəlb etmək üçün hansı yeni alətlərdən istifadə edə bilərlər?

Moderator.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki,  banklar dövriyyədən kəşbek verilməsi ilə bağlı strategiyanı hazırlayarkən mövcud bazar konyukturunu, eyni zamanda bankın özünün inkişaf strategiyasını nəzərə alaraq təkliflər irəli sürürlər. Onun sözlərinə görə, bankların kəşbek təklifləri bir -birindən ciddi şəkildə fərqlənir:

“Baxmayaraq ki, son dövrlərdə kəşbeklərdə azalma meyilləri var. Bununla belə, bir çox hallarda bəzi bankların hətta faizləri artırması ilə bağlı yeni strategiyalar tətbiq etdiyini də indiki halda biz müşahidə edə bilirik. Burada məqsəd istehlakçılarda nağdsız ödəniş vərdişlərinin formalaşdırılması idi. Eyni zamanda, müvafiq məhsulların müəyyən bir inkişaf səviyyəsinə nail olmaq hədəflənirdi.  Təbii ki, bu səviyyəyə nail olan banklar artıq müvafiq məhsul üzrə real gəlirlərin əldə edilməsi ilə bağlı mövqe nümayiş etdirməyə başlayırlar və bazarın “doyması” faktoru burada əsas rol oynayır. Düşünürəm ki, banklar faktiki olaraq qazanılmış müştərilərin itirilmə səviyyəsini də nəzərə almaqla gəlir əldə etmək məqsədiylə  yeni kəşbek strategiyaları tətbiq edirlər. Eyni zamanda, burada digər bir məqam balansın əldə olunmasıdır. Çünki bir tərəfdən kəşbekin  verilməsi üçün faktiki olaraq banklar müştəriyə təlkif edirsə, digər tərəfdən xidməti göstərən tərəflərdən pərakəndə ticarət, iaşə müəssisələri və digər obyektlərdən də dövriyyənin həmin kart üzərində həyata keçirilməsinə görə faktiki olaraq ekvayer xidmətlərindən komissiyalar müəyyən edirlər və komissiyaların məbləği nə qədər yüksək olursa, xidmət göstərən tərəflərin bu kartlardan və onların bu bankların göstərdiyi ekvaya xidmətlərindən istifadə meyili aşağı düşür. Ona görə də banklar çalışır ki, burda bir balans tapsın və xərcləri optimallaşdıraraq artıq müştərilərə nisbətən daha aşağı faizlə ekvaya xidmətləri təklif edə bilirlər. Yəni burada amillərdən digər biri kimi məhz bu məqam çıxış edir”.

İqtisadçı vurğulayır ki, paralel olaraq bir çox bankların kəşbək faizlərin aşağı salma halında belə öz inkişaf strategiyasına uyğun olaraq daha yüksək kəşbeklər  vəd etdiyini müşahidə etmiş oluruq:

“Yəni bu dəyişən bir vəziyyətdir. Təbii ki, məhsul bazara təqdim olunarkən həmin məhsulun müəyyən dövrdə saxlanması və inkişaf etdirilməsi ilə bağlı xərclər nəzərdə tutulur və həmin inkişaf səviyyəsinə çatandan sonra artıq məhsuldan gəlirin əldə edilməsi hədəflənir. Və belə bir şəraitdə mərhələli şəkildə həm vərdişlərin artması, həm bazarda bankın nəzərdə tutduğu hədəf payı əldə etməsi, həm də digər maraqlarının o cümlədən ekvayer xidmətlərinin genişləndirilməsi maraqlarının təmin olunması məqsədilə bu kimi strategiyalar izləyə bilirlər. İndiki halda seçimlər çoxdur və buna görə də hələlik düşünürəm ki, bankların qısa müddətli dövrdə kəşbeklərin sərt şəkildə azaltma strategiyaları özünü doğrultmayacaqdır. Çünki seçimlər çox olduğuna və  bu məhsulun əvəzedicisi olduğuna görə vətəndaşlar başqa banklar və onların kartları üzərindən həyata keçirməyə meyillənəcəkdir. Amma gələcəkdə bazar “doyduqdan” sonra, təbii ki, burada müəyyən bir optimallaşma meylləri müşahidə olunacaqdır və ümumi kəşbek  səviyyələri azalacaqdır”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri