Icma.az
close
up
RU
Müşviq Həsənov: “Yango Group”un Azərbaycana yatırımları 100 milyon dolları ötüb

Müşviq Həsənov: “Yango Group”un Azərbaycana yatırımları 100 milyon dolları ötüb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 fevral, AZƏRTAC

Son illərdə “Yango Group” texnologiya şirkəti Azərbaycanın iqtisadiyyatına 100 milyon ABŞ dollarından artıq investisiya yatırıb. Əsas diqqət şəhər mobilliyi üçün təhlükəsiz və rahat ekosistemin formalaşdırılmasına yönəlib.

AZƏRTAC-a eksklüziv müsahibəsində “Yango Azerbaijan”ın rəhbəri Müşviq Həsənov şirkətin əsas inkişaf amilləri, yaxın illər üçün prioritetləri və Azərbaycanın “Yango Group”un regional strategiyasındakı rolu barədə danışıb.

- “Yango”nun Azərbaycandakı taksi bazarında lider mövqelərə yüksəlməsinə hansı amillər şərait yaradıb?

- “Yango” Azərbaycan bazarına geniş beynəlxalq təcrübəyə malik qlobal şirkət kimi daxil olub. Hazırda həllərimiz 25-dən çox ölkədə fəaliyyət göstərir və biz əvvəlcədən ən yaxşı təcrübələrdən yararlanaraq istifadəçilərə keyfiyyətli və ilk növbədə, təhlükəsiz xidmət təqdim etməyə çalışmışıq.

İkinci mühüm amil əlçatanlıqdır. Biz “Yango”nu yalnız sifariş xidməti kimi deyil, səfərləri, çatdırılmanı və digər nəqliyyat ssenarilərini bir tətbiqdə birləşdirən şəhər mobilliyi platforması kimi dəyərləndiririk. Qiymət modelini elə qururuq ki, xidmət istifadəçilər üçün rahat olsun, eyni zamanda, sürücü-tərəfdaşlara sabit gəlir təmin etsin. Məhz bu balans inkişafımızın əsasını təşkil edib.

- Xidmətin genişləndirilməsindən başqa, “Yango” Azərbaycanda hansı sahələrə investisiya yatırır?

- İnvestisiyalar bir neçə əsas istiqamət üzrə yönəldilir. İlk növbədə, tərəfdaş sürücülərin dəstəklənməsinə diqqət yetirilir ki, sərnişinlər üçün əlverişli tariflər onların gəlirlərinin azalmasına səbəb olmasın.

Digər istiqamət avtomobil parklarının yenilənməsidir. Sərnişin daşımalarının tənzimlənməsində edilən dəyişikliklərdən sonra tərəfdaşların avtomobilləri qısa müddətdə yeni tələblərə uyğunlaşdırması zəruri oldu. Biz Azərbaycan bankları, o cümlədən “Unibank” ilə birgə proqramlar həyata keçirdik və bu proqramlar çərçivəsində 5 mindən artıq avtomobil yeniləndi. Onların demək olar hamısı hibrid avtomobillərdir.

Eyni zamanda, ölkədə nəqliyyat ekosisteminin keyfiyyətinə nəzarətə, təhlükəsizliyə və uzunmüddətli inkişafına investisiya yatırmaqda davam edirik.

- Bu il üçün “Yango”nun əsas prioritetləri hansılardır?

- Bizim üçün təkcə rəqəmlərdə artım yox, xidmətin keyfiyyəti də vacibdir. Prioritetlər sırasında daimi istifadəçi auditoriyasının genişlənməsi, səfərlərin yüksək təhlükəsizlik səviyyəsi və yerli Azərbaycan şirkətləri ilə tərəfdaşlığın inkişafı dayanır.

Bu ilin birinci yarısında Bakıda “Yango”nun yeni ofisi açılacaq. Ofis xidmət komandalarını bir məkanda birləşdirəcək və həm Azərbaycan, həm də region üçün texnoloji mərkəz rolunu oynayacaq. Bundan başqa, ötən il “Pasha Holding” ilə strateji tərəfdaşlıq elan etdik və bu əməkdaşlığın fəal şəkildə inkişafını planlaşdırırıq.

- “Yango Group”un regional strategiyasında Azərbaycan hansı rolu oynayır?

- Azərbaycan müstəqil və strateji əhəmiyyətli bazardır. Bununla yanaşı, “Yango Azerbaijan” komandası regionun digər ölkələrində də proseslərin inkişafında fəal iştirak edir. Topladığımız təcrübə həm də Türkiyə bazarında xidmətlərin genişləndirilməsində tətbiq olunur.

- İstifadəçilər yaxın bir ildə hansı dəyişiklikləri hiss edəcəklər?

- Bütün yeniliklər texnologiyalar üzərində qurulub. Biz real vaxt rejimində monitorinq sistemlərindən istifadə edirik. Bu sistemlər sürücülük üslubuna və sürətə nəzarət etməyə imkan verir, səfərlərin ümumi təhlükəsizlik səviyyəsini artırır.

Bundan əlavə, nağdsız ödənişləri və maliyyə inteqrasiyalarını ardıcıl şəkildə inkişaf etdiririk ki, səfərlər həm istifadəçilər, həm də sürücülər üçün rahat və şəffaf olsun.

- “Yango” üçün sadiqlik proqramları nə dərəcədə əhəmiyyətlidir?

- Bu proqramlar bizim strateji alətlərimizdən biridir. Bütün bonus proqramları tam şəkildə “Yango” tərəfindən maliyyələşdirilir və sürücülərin, eləcə də kuryerlərin gəlirlərinə təsir etmir. Üstəlik, biz sürücülərə əlavə dəstək göstəririk, məsələn, məcburi sertifikasiyadan keçdiklərinə və avtomobillərini yenilədiklərinə görə bonuslar təqdim edirik.

- Xidmətin inkişafını hansı qlobal trendlər müəyyən edəcək?

- Məqsədimiz insanların şəhər daxilində səmərəli hərəkət etməsinə kömək göstərməkdir. Bunun üçün müxtəlif nəqliyyat növlərini birləşdiririk və şəxsi avtomobildən daha az istifadəni təşviq edirik. Bu yanaşma yolların yüklənməsini azaldır və şəhər mobilliyini daha dayanıqlı edir.

İctimai nəqliyyat üçün rəqəmsal alətlərdə böyük potensial görürük və onları dövlət qurumları, o cümlədən AYNA ilə birgə, ilk növbədə, Bakıda inkişaf etdirməyi planlaşdırırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri