Cəlilabaddakı dəhşətli qətlin təfərrüatı Həbsdən qayıdıb, qardaşının arvadından qisas almaq istəyib
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cəlilabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.
Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.
Məlumata görə, həbsxanadan qayıdan Əli həyat yoldaşı Dəstəgül Nağıyevadan boşanıb və qardaşı ilə bir evdə yaşamağa başlayıb. Boşanan qadın isə Ə.Nağıyevin qonşuluğunda - atasının evində yaşayıb.
Ə.Nağıyev həyat yoldaşından boşanandan sonra insanlarla həddindən artıq əsəbi davranmağa başlayıb. O, həmçinin qardaşının həyat yoldaşı Xəyalə Nağıyevaya da Dəstəgül Nağıyeva ilə əlaqə saxlamağı qadağan edib. Amma X.Nağıyeva onun sözlərinə məhəl qoymadan D.Nağıyeva ilə əlaqə saxlayıb.
Xəyalənin bu hərəkətindən qəzəblənən Əli Nağıyev qardaşının arvadından qisas almaq qərarı verib. Elə bu məqsədlə də o, Xəyalənin iki övladına hücum edərək onları baltalayıb.
Məlumata görə, Ə.Nağıyev uşaqların anasını da qətlə yetirmək istəyib. Lakin qadın hadisə yerindən qaçıb.
Oxunub 20
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 02 Fevral 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















