Icma.az
close
up
RU
Azərbaycan Gəncləri Günü: Dövlətçiliyə sədaqət, Vətənə sevgi

Azərbaycan Gəncləri Günü: Dövlətçiliyə sədaqət, Vətənə sevgi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanda bütün dövlətçilik təsisatları yaradıldı. Xalqın ciddi təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas etdi, daha geniş miqyasda dünyəvi dövlət kimi formlaşmağın əsası qoyuldu. Xalq hakimiyyətə inandı, hakimiyyət xalqa güvəndi. Bu, dövlətçiliyi yaşatmağın başlıca siyasi amili idi və gənc Azərbaycan Respublikası böyük tarixi şəxsiyyətin siyasi dühasının işığında kənar təsirləri də aradan qaldırmaqdaydı. 1994-cü ilin başlanğıcında Azərbaycan Ordusunun həyata keçirdiyi Horadiz əməliyyatı xalqın inamını daha da dərinləşdirdi, xalq inandı ki, ərazilərimiz işğaldan azad ediləcək. Xalqın bir hissəsi kimi gənclər də inandı. İnandı və hərəsi öz sahəsində Ulu Öndərin əsgəri oldu...

Ulu Öndər gəncliyə inanırdı, gəncliyə güvənirdi. Ona görə də bu gücün təşkilatlanmasına, onu dövlətçiliyin daha da möhkəmləndirilməsinə yönəltməyə qərar vermişdi: 1997-ci il fevralın 1-də fevralın 2-sinin “Azərbaycan Gəncləri Günü” kimi təsis edilməsi haqqında Sərəncam imzaladı. Be¬lə bir təşəbbüs sabiq SSRİ məkanında və Şərqi Avropada ilk hadisə kimi tarixləşdi...

Gənclərin işləri üzrə nazirlərin 1998-ci il avqustun 8-12-də keçirilən ümumdünya konfran¬sı¬nın tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 av¬qus¬t- Beynəlxalq Gənclər Günü elan edildi. Bu, Azərbaycanın hansı səviyyədə bəşəri dövlət ol¬¬duğunu təsdiqlədi...

Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissələrindən biri idi. Azərbaycan Respub¬li¬kasının Prezidenti Heydər Əliyev gənclər siyasətini həmişə diqqətdə saxlayır, ona olduqca həs¬sas yanaşırdı.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğısını əsirgəmirdi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müx¬təlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı.

Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həya¬tında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsədini, prinsiplərini və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlandı.

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ulu Öndər Heydər Əliyev gənclərə inanırdı, əmin idi ki, gənc Azərbaycan dövləti gənclərin böyük vətənpərvərliyi və dövlətə, dövlətçiliyə sədaqəti ilə xarüqələr yaradacaqdır. Məhz bu inama görə böyük tarixi şəxsiyyət gənclər qarşısında tarixi bir vəzifə qoymuşdu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbay¬ca¬nın bu günü, gələcəyi haqqında düşün¬məlidir”. Bu sevgi, bu etibar, bu inam Azərbaycanda “Qızıl kitab”ın yaranmasında vasitə oldu.

Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il iyunun 22-də imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haq¬qın¬da” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”, adları bu kitaba yazılan gənc istedadlar üçün xü¬susi təqaüd təsis olundu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradıldı. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı təd¬bir¬lər planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı.

2002-ci il 9 aprel tarixində gənclər siyasətinin mahiyyətini əks etdirən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun Azərbaycan Respubli¬ka¬sında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını mü¬¬əy¬yən etdi, bu sahədə yaranan münasibətləri tənzimlədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi gənclər siyasətini də Ulu Öndərin tövsiyələri əsasında uğurla davam etdirir. İndi gənclərin poten¬sialının gerçəkləşməsinə, onların vətənpərvər, sa¬vadlı kadr kimi formalaşmasına, gənc ailələrin so¬sial təminatına yönələn tədbirlər dövlət üçün prioritetdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən təd¬birlər gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında daha fəal iştirak etməsində mühüm hüquqi əsas oldu. Dövlət başçımızın imzaladığı Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olun¬ma¬sına dair tədbirlər planı” təsdiq edildi, respublikamızın şəhər və rayonlarında “Gənc¬lər evi” də yaradılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş icti¬mai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələş¬di¬rir. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu ad¬lan¬dı¬rılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İndiki gənclər üçün im¬kanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşa¬yırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.

Dövlət başçımızın 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı imzalanıb, 2019-cu il 26 iyul tarixli Sərəncamla “Yüksəliş” müsabiqəsi təsis edildi, “Azərbaycan gəncliyi Dövlət Proq¬ramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq po¬ten¬sialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strate¬gi¬yası” kimi əsas Dövlət Proqramları qəbul edilib.

İkinci Qarabağ müharibəsində iştirak edənlərin böyük əksəriyyəti gənclər idi, yəni tarixi Zə¬fə¬ri xalqın sərkərdəyə inamı, sərkərdənin xalqa güvənci, ordu ilə xalqın birliyi, xalq, bu sıradan Azər¬baycan gəncliyi qazandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il fevralın 28-də imzaladığı Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alma¬la¬rına dair 2022–2028-ci illər üçün Dövlət Proq¬ra¬mı” təsdiq edilib.

2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin vətəndaşlıq fəallığının, hüquqi biliklərinin, liderlik və intellektual bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı düşərgə, maarifləndirici və intellektual tədbirlər həyata keçirilib. Müxtəlif bölgələrdə təşkil olunan gənclər və könüllülər düşərgələrinə, şəhid və qazi övladları üçün keçirilən proqramlara 400-dən çox gənc cəlb olunub.

Gənclər arasında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhu¬nun möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər icra olunur...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1998-ci il fevralın 21-də YAP-ın Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısında demişdi: “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyər¬lərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələ¬cəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənc¬lə¬rimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbay¬canın gələcəyini təmin edəcəklər”.

Ulu öndərin inamı gerçəkləşdi...

Azərbaycanda “Azərbaycan Gəncləri Günü” böyük dövlətçilik təsisatı kimi qeyd olunur. Bu günün mahiyyəti həm dövlətçiliyə sədaqətdir, həm də Vətənə sevgidir. Azərbaycan gəncliyi bu sevgini böyük sədaqətlə yaşadır.

Gənclər gününüz mübarək, Azərbyacan gəncləri! Siz dövlətçiliyə sədaqətinizlə ilin hər gü¬nü¬nü bu günün mahiyyəti kimi tarixləşdirəcəksiniz!

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri