Icma.az
close
up
RU
Mütəxəssis: “ChatGPT” kimi bir sistemə sual verirsinizsə, həmin məlumatı sonradan geri almaq mümkün deyil

Mütəxəssis: “ChatGPT” kimi bir sistemə sual verirsinizsə, həmin məlumatı sonradan geri almaq mümkün deyil

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

Bu gün süni intellekt sistemlərindən dövlət sirri ilə çalışan dövlət qurumları da istifadə edirlər. Bir çox insanlar rahatlıq naminə daxili iş sənədlərini, müqavilə layihələrini, maliyyə hesabatlarını, dövlət qurumlarına aid məlumatları və digər həssas informasiyaları süni intellekt sistemlərinə ötürürlər.

Əsas problem ondan ibarətdir ki, bu məlumatların harada saxlanıldığını, nə qədər müddət qorunduğunu və həmin məlumatlara kimlərin çıxış əldə etdiyini istifadəçi tam şəkildə nəzarətdə saxlaya bilmir.

Bu barədə AZƏRTAC-a müsahibəsində “Samsung Electronics”də mobil təhlükəsizlik və süni intellekt həlləri üzərində işləyən proqram təminatı mühəndisi Adil Əliyev deyib.

“Böyük texnologiya şirkətləri təhlükəsizliyə ciddi yanaşsalar da, insan faktoru və sistem səhvləri hər zaman mövcuddur. Tarix dəfələrlə göstərib ki, hətta ən güclü və ən təcrübəli şirkətlər belə məlumat sızmalarından sığortalanmayıb.

Unutmaq olmaz ki, əgər siz hansısa məxfi məlumatdan istifadə edərək “ChatGPT” kimi bir sistemə sual verirsinizsə, həmin məlumatı sonradan geri almaq artıq mümkün deyil. Bu halda siz, istəmədən də olsa, məlumatı üçüncü tərəfə ötürmüş olursunuz. Əgər bu məlumat məxfi və ya qorunan kateqoriyaya aiddirsə, bunun hüquqi məsuliyyəti də birbaşa istifadəçinin üzərinə düşür.

Xüsusilə, əgər bu məlumatların tərkibində insanların şəxsi məlumatları və ya digər konfidensial informasiyalar varsa, bu cür süni intellekt sistemlərindən istifadə etmək qətiyyən tövsiyə edilmir.

Eyni zamanda, təşkilatlar da anlamalıdır ki, insanlar artıq rahat və çevik rəqəmsal alətlərdən istifadə etməyə öyrəşiblər. Bu səbəbdən, əgər təşkilat daxilində təhlükəsiz süni intellekt sistemləri mövcud olarsa, əməkdaşlar bu alətlərdən istifadə edərək işlərini daha səmərəli görə bilərlər və eyni zamanda, kənar platformalara müraciət etmədikləri üçün məlumat sızması riski də minimuma enər. Süni intellekt məhsuldarlığı inanılmaz dərəcədə artırır. Amma sürət naminə təhlükəsizlikdən imtina etmək ən bahalı səhvdir”, - deyə mütəxəssis əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri