Icma.az
close
up
RU
Mütəxəssis: Mövsümi virusların müalicəsində antibiotiklərin istifadəsi yanlış yanaşmadır AZƏRTAC

Mütəxəssis: Mövsümi virusların müalicəsində antibiotiklərin istifadəsi yanlış yanaşmadır AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 yanvar, AZƏRTAC

Mövsümi xarakter daşıyan qrip virusundan qorunmaq üçün insanların sıx olduğu qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə etmək, otaqları tez-tez havalandırmaq, əl və tənəffüs gigiyenasına riayət etmək vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Xəstəliklərlə mübarizə aparmaq üçün güclü immun sisteminin vacib olduğunu xatırladan mütəxəssis-ekspert deyib: “Güclü immun sistemi sağlam qidalanmaqdan, aktiv həyat tərzindən, stresin düzgün idarə olunmasından və keyfiyyətli yuxudan asılıdır. Eyni zamanda, bir çox infeksion xəstəlikdə olduğu kimi qripdən qorunmağın ən effektiv yolu qrip əleyhinə vurulan peyvəndlərdir. Qrip virusu daha tez mutasiyaya məruz qaldığı üçün Ümumdünya Səhiyyə Təşkilatı hər il ən sonuncu qrip ştamına uyğun vaksin istehsal edir. Ona görə də, ildə bir dəfə peyvəndlərin vurulması məsləhətdir. Bildiyimiz kimi, Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə qrip əleyhinə vaksin gətirilib. Bu vaksinlər dünya protokollarında qəbul edilmiş və təhlükəsizliyi, effektivliyi sübuta yetirilən vaksinlərdir. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Vətəndaşlarımız rahat şəkildə öz poliklinikalarına gedib bu vaksini vurdura bilərlər”.

Z.Quliyev qeyd edib ki, mövsümi viruslar zamanı antibiotiklərin istifadəsi çox yanlış yanaşmadır. Onun sözlərinə görə, antibiotiklər bakterial infeksiyaları müalicə etmək üçün nəzərdə tutulub və viruslara təsir etmir: “Virus infeksiyaları və ya soyuqdəymə zamanı antibiotiklərin istifadəsi yalnız faydasız deyil, həm də təhlükəli nəticələrə səbəb ola bilər. Həkim nəzarəti olmadan antibiotiklərin istifadəsi bakteriyaların bu dərmanlara qarşı müqavimət göstərməsinə səbəb olur. Nəticədə isə gələcəkdə müalicə çətinləşir. Antibiotiklər bədəndəki faydalı bakteriyaları da məhv edir. Bu isə bağırsaq pozuntularına, immun sisteminin zəifləməsinə və göbələk infeksiyalarına yol aça bilər. Həkim tövsiyəsi olmadan qəbul edilən dərmanlar xəstəliyin simptomlarını müvəqqəti azaldır, ancaq problemin əsl səbəbini gizlədə və düzgün diaqnoz qoyulmasını çətinləşdirə bilər. Dərmanların çoxu müəyyən yan təsirlər yaradır. Həkim məsləhəti olmadan qəbul edildikdə, bu təsirlərin daha da ağırlaşması mümkündür. Xüsusilə, uşaqlarda və yaşlılarda ciddi risklər yaranması mümkündür. Eyni zamanda, bəzi vətəndaşlar kağız reseptə qida əlavələrinin də yazılmasını istəyirlər. Vətəndaşlar bilməlidir ki, bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə olunur, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji aktiv qida məhsullarının reseptə yazılması qadağandır”.

Mütəxəssis-ekspert əlavə edib ki, səhiyyə sistemi inkişaf etmiş ölkələrdə və Azərbaycanda artıq elektron resept sistemindən istifadə olunur: “Bu sistem Azərbaycan səhiyyəsinin inkişafı üçün çox böyük önəm kəsb edir. Elektron resept sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Ən vacibi - elektron reseptlə alınan dərmanlar dövlət qeydiyyatından keçir və keyfiyyəti yoxlanılır. Vətəndaşlar çox rahat şəkildə həkimlərdən elektron resept tələb edə bilərlər. Əgər aptek, həkim elektron reseptdən imtina edərsə, o zaman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “Qaynar Xətt”i (012 596-07-12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə müraciət edə bilərsiniz. Bu halda araşdırılma aparılır. Qeyd edim ki, elektron reseptin istifadəsi olduqca rahatdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri