Icma.az
close
up
RU
Səhiyyə Nazirliyinin mütəxəssiseksperti mövsümi virusların törətdiyi xəstəliklərin fəsadlarını açıqlayıb AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssiseksperti mövsümi virusların törətdiyi xəstəliklərin fəsadlarını açıqlayıb AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 yanvar, AZƏRTAC

“Hazırda rast gələn mövsümi viruslara fəsli qrip (İnflyuenza A) və digər kəskin respirator virus infeksiyaları aiddir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, bu tip infeksiyalara yoluxma zamanı klinik mənzərə çox oxşardır, çünki onların törətdikləri xəstəlik zamanı əsasən tənəffüs yolları zədələnir: “Yəni, xəstələrin əksəriyyətində ümumi əlamətlərlə (hərarətin yüksəlməsi, halsızlıq, zəiflik, iştahanın itməsi, sümük, oynaq, əzələ ağrıları və s.) ilə yanaşı, kataral əlamətlər (boğaz ağrısı, öskürək, burun axması və ya tutulması və s.) rast gəlinir. Əgər aşağı tənəffüs yolları zədələnərsə, xəstələrdə əlavə olaraq nəfəs darlığı, təngnəfəslik, sianoz və s. kimi əlamətlər də müşahidə oluna bilər. Bu zaman kiçik kalibrli bronxların və ya ağciyərlərin də zədələnməsini göstərir. Əlamətlər o qədər oxşardır ki, laborator təsdiq olmadan hansı infeksiyanın baş verdiyini dəqiq deyə bilmərik. Qeyd etmək istərdim ki, bəzən eyni cür seyr edilən xəstəlikləri olan şəxslərdə müxtəlif törədicilər aşkar olunur. Lakin bu infeksiyalar bir-birindən müəyyən qədər fərqlənə də bilər. Fərqləndirici əlamətlər əsasən onların xarakterik gediş xüsusiyyətləridir, yəni ayrı-ayrı viruslarla xəstələnmə zamanı onlara xas olan tənəffüs yollarının hansı səviyyədə (yəni, yuxarı və ya aşağı) zədələnməsinin baş verməsi, inkişaf edə biləcək spesifik fəsadlar və bu fəsadların yaranma tezliyidir. Məsələn, qrip infeksiyası zamanı daha çox toksik-sirkulyator pozğunluqlar, güclü baş ağrıları, yüksək hərarət, bununla yanaşı mülayim kataral əlamətlər və traxeyanın, iri bronxların zədələnməsi daha çox rast gəlinir, burun və udlağın selikli qişası quru olur, üz şişir, qızarır, boğaz ağrısı, davamlı quru öskürək baş verir. Bu zaman çox vaxt burun axması ya olmur, ya da çox az miqdarda baş verir. Əksinə, adenovirus infeksiyası zamanı ağız və udlağın selikli qışasının daha çox şişməsinə, limfa düyünlərinin böyüməsinə, faringitə, badamcıqların böyüməsi və ödəmləşməsinə, gözün selikli qışasının əksərən bir tərəfdə iltihablaşmasına, burundan çoxlu miqdarda selikli ifrazatın olmasına, qaraciyər və dalağın böyüməsinə, hətta bəzi xəstələrdə ishalın baş verməsinə rast gəlirik”.

Mütəxəssis-ekspert vurğulayıb ki, respirator sinsitial infeksiya (RSV) zamanı ən nəzərəçarpan əlamətlər əsasən uşaqlarda və ahıl şəxslərdə rast gəlinir: “Ümumi əlamətlər az ifadəli olsa da, bronxit və bronxiolit erkən inkişaf edir. Bu zaman xəstədə tənəffüsün çətinləşməsi, boğulma hissi, quru, tutma şəkilli öskürəyə rast gəlinir. Qrip zamanı digərləri ilə müqayisədə daha çox pnevmoniya baş verir, bəzən meningit və ya meninqoensefalit kimi mərkəzi sinir sisteminin ağır zədələnmələri inkişaf edir. Digər respirator virus infeksiyalarının fəsadlaşması daha az halda baş verir və əsasən immundefisitli xəstələrdə rast gəlir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri