Mövsümi kəskin respirator virusların artmasına aydınlıq gətirilib
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Hazırda mövsümi kəskin respirator virusların artması, qrip və digər infeksiyaların ağır keçməsi, insanların gec həkimə müraciət etməsi, zəifləmiş immunitet pnevmoniyanın yaranma səbəbləri ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, insanların qapalı və zəif havalandırılan məkanlarda cəmləşməsi, hava-damcı yolu ilə ötürülən infeksiyaların əhali arasında yayılma sürətini nisbətən artırır: “İnfeksiyanın yayılma arealını məhdudlaşdırmaq üçün sanitariya qaydalarına riayət olunması və kollektiv immunitetin qorunması böyük əhəmiyyət kəsb edir. Xüsusilə, risk qrupuna daxil olan şəxslərin kütləvi toplaşma yerlərindən uzaq durması tövsiyə olunur”.
“Xəstəliyin ilk klinik əlamətləri olan şəxslərin izolyasiyası, zəncirvarı yoluxma hallarının qarşısının alınmasında ən effektiv rol oynayır. Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”,- mərkəzdən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Yanvar 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















