Antibiotiklərin yanlış istifadəsi: gələcəkdə bizi nə gözləyir?
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda və dünyada antibiotiklərin nəzarətsiz istifadəsi ciddi narahatlıq doğurur. Həkim təyinatı olmadan istifadə edilən antibiotiklər yalnız xəstəliyi sağaltmır, əksinə, daha təhlükəli nəticələrə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vərdiş davam edərsə, yaxın illərdə antibiotiklərə qarşı müqavimətli bakteriyaların (superbakteriyaların) yayılması qaçınılmaz olacaq. Bu isə ən sadə infeksiyaların belə ölümcül hala gəlməsi deməkdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərə qarşı müqavimət gələcəyin "səssiz pandemiyası" kimi qiymətləndirilir. Artıq bəzi infeksiyaların müalicəsi çətinləşib, bəziləri isə dərmanlara cavab vermir.
Həkimlər və farmakoloqlar vətəndaşlara yalnız həkim məsləhəti ilə antibiotik qəbul etməyi tövsiyə edir. Əks halda, bu vərdiş həm fərdi sağlamlığa, həm də ictimai səhiyyəyə ciddi zərbə vura bilər.


