Icma.az
close
up
RU
Mütəxəssis: Texnologiyanın inkişafı ilə kiber məkanda olan cinayətkarların sayını dəfələrlə artırıb

Mütəxəssis: Texnologiyanın inkişafı ilə kiber məkanda olan cinayətkarların sayını dəfələrlə artırıb

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti daxil olan kiber insidentin araşdırılması zamanı 135 ölkədə faəliyyəti olan kiberqruplaşmanın izinə düşüb.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Belə ki, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib.

Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7790-ı Azərbaycana məxsus kompüterlər olub. Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub. İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib. Hədəflərdən 93 676-ı Türkiyəyə aid kompüterlər olub.

Bunula yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olmuşdur.

Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edir.


İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Sherg.az”a bildirib ki, müstəqillik qazanan və Azərbaycanda texnologiyaların tətbiqinə başlayan gündən indiyədək bizdə kibertəhlükəsizlik mədəniyyəti çox aşağıdır: 

“Yəni bu, ənənəvi olaraq davam etməkdədir və məsələ düzəlmir. İri qurumlarda, korporativ sektorda, bu istiqamətdə böyük işlər görülür. Onlar öz məlumatlarını müxtəlif təhlükələrdən, qorumaq üçün müəyyən proqram təminatından istifadə edirlər. Fərdlər arasında və orta və kiçik biznes bundan istifadə etmir, ya da hər hansı pulsuz versiyalardan istifadə olunur. Yəni bu istiqamətdə iş mədəniyyəti bizdə hələ də çox aşağı səviyyədədir. Ona görə də müxtəlif vaxtlarda davamlı olaraq, təhlükələrə məruz qalırıq. Bu isə bizim müəyyən qədər fəaliyyətimizə təsir edir. Problem ondadır ki,  texnologiyanın inkişafı birbaşa olaraq kiber məkanda, yəni ki, onlayn virtual məkanda olan cinayətlərin və cinayətkarların sayını dəfələrlə artırıb. Artıq küçədə sumkanı götürüb qaçan cinayətkar yoxdur. Amma virtual məkanda bank kartının məlumatlarını götürüb, həmin bank kartından pulları oğurlayan cinayətkarların sayı artmaqdadır. Əgər son iki ildə olan mətbuat məlumatlarını oxusaq, görəcəyik ki, daha çox kiber dələduzlar, cinayətkarlar haqqında məlumatlar  yazılır, küçədə soyğunçuluqla məşğul olanlar yoxdur. Bu çox aktual məsələyə çevrilib. İnnovasiyalarda scaling (miqyaslaşma) termini var. Əgər cinayətkar, gündə bir evə girib oğurluq edə bilirsə, kiber cinayətkar öz fəaliyyətini miqyaslaşdıra bilir. Eyni zamanda, yüzlərlə, minlərlə kompüterə təcavüz edir, ordakı məlumatlara oğurlaya və bu məlumatları öz məqsədləri üçün istifadə edir. Yəni bu, yeni bir məkan, yeni bir reallıqdır. Bu reallığı  biz başa düşməliyik. Hər birimiz öz məlumatlarımızın qorunması istiqamətində addımlar atmalıyıq. İlk öncə bəsid formada olaraq etibar etdiyimiz saytlardan istifadə etmək, tanımadığımız  elektron poçtlardan gələn linkləri və faylları açmamaq lazımdır. Bu bəsit bir qaydalardır və onlara bizlər əməl etmirik. Cinayətkarlar da hər dəfə daha da hiyləgərləşir. İkinci məsələ isə müəyyən elektron daşıyıcılarda müxtəlif proqram təminatlarının istifadəsi məsələsidir. Əgər bizim telefonlarda Android və İOS lisenziyalı telefonlarda olan baza təhlükəsizliyin qorunması istiqamətində müəyyən proqram təminatı var. Amma kompüterlərdə lisenziyalı olmayan əməliyyat sistemindən istifadə edirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri