Icma.az
close
up
RU
Mütəxəssislər balıqla bağlı bu mifi MƏHV ETDİLƏR Artıq rahatlıqla yeyə bilərsiniz… KONKRET

Mütəxəssislər balıqla bağlı bu mifi MƏHV ETDİLƏR Artıq rahatlıqla yeyə bilərsiniz… KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Yay aylarında balıq yeməyin zərərli olduğu haqda geniş yayılan, lakin yanlış fikirlər mövcuddur. Əslində isə bu mövzuya bir neçə mühüm məqamı nəzərə alaraq yanaşmaq lazımdır. Balıq yüksək keyfiyyətli protein, omeqa-3 yağ turşuları, vitaminlər və minerallarla zəngin olan çox faydalı bir qida mənbəyidir. Bu xüsusiyyətlər balığı həm qışda, həm də yayda sağlamlıq üçün zəruri edir. Yay mövsümündə balıq yeməyin tibbi baxımdan zərərli olduğunu göstərən heç bir elmi əsas yoxdur. Bununla belə, bəzi insanlar isti havalarda balıq yeməkdən çəkinirlər. Səbəb isə isti hava şəraitində balığın daha tez xarab olması riskidir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida eksperti Asim Vəliyev səsləndirib:

Asim Vəliyev

“Yay aylarında balığın təzəliyi xüsusilə vacibdir. Yüksək temperatur bakteriyaların sürətlə çoxalmasına və balığın tez korlanmasına şərait yaradır. Buna görə də balıq alarkən onun təzə olub-olmadığına xüsusi diqqət yetirilməlidir. Təzə balığın xoş qoxusunun olması vacibdir. Bundan başqa, dərisi parlaq və möhkəm, gözləri isə şəffaf və parıltılı olmalıdır. Balıq alındıqdan sonra ya dərhal bişirilməli, ya da düzgün şəkildə dondurularaq saxlanmalıdır. Bişirməzdən əvvəl balıq yaxşıca təmizlənməli və axar su ilə yuyulmalıdır. Bişirildiyi zaman isə daxili temperaturun ən azı 63°C-yə çatmasına diqqət edilməlidir. Əks halda, balıqda zərərli bakteriyalar qala bilər ki, bu da sağlamlıq üçün risk yaradır. Bundan əlavə, bəzi balıq növləri civə ilə daha çox çirklənmiş olur. Xüsusilə, iri yırtıcı balıqlarda civə səviyyəsi yüksək ola bilər. Bu cür balıqların tez-tez və uzun müddət istehlakı sağlamlıq üçün zərərli ola bilər. Ona görə də yay aylarında da balıq seçimində diqqətli olmaq tövsiyə edilir. Nəticə olaraq, yayda balıq yemək təhlükəli deyil, əksinə sağlamlıq baxımından faydalıdır. Sadəcə balığın təzəliyi, saxlanma şəraiti və düzgün bişirilməsinə xüsusi diqqət yetirilməlidir”.

Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov saytımıza açıqlamasında bildirib ki, bəzən “R” hərfi olmayan aylarda balıq yeməyi düzgün hesab etmirlər. Əslində isə bu yanaşmanın səbəbi balıqların çoxalma dövrü ilə bağlıdır:

“Aprelin sonlarından başlayaraq sentyabr ayına qədər balıqlar kürü tökür və bu dövr onların nəsilartırma mərhələsidir. Məhz bu səbəbdən həmin aylarda balıq ovlamaq qadağandır. Çünki bu, balıq növlərinin qorunması və onların kökünün kəsilməsinin qarşısını alınması  baxımından vacibdir. Digər tərəfdən, havaların isti keçməsi də bu dövrdə balığın tez xarab olması ilə nəticələnir. Bu da qida təhlükəsizliyi baxımından risk yaradır. Buna baxmayaraq, marketlərdə və digər satış məntəqələrində buzlu, yəni dondurulmuş balıqlar ilboyu satılır. Bunlar əsasən okean balıqlarıdır və xüsusi şəraitdə dondurularaq saxlanıldığı üçün onların istehlakı fəsildən asılı olmayaraq mümkündür”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see262

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see219

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri