Icma.az
close
up
RU
Mütəxəssislər xəbərdarlıq edir: Artıq protein bədənə zərər verə bilər

Mütəxəssislər xəbərdarlıq edir: Artıq protein bədənə zərər verə bilər

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uzun illər ərzində yağlar və karbohidratlar pəhrizin “düşməni” hesab edilirdi. Sağlam qidalanmaq istəyən insanlar çörək və şəkərdən imtina edir, az yağlı süd məhsullarına üstünlük verir, hətta meyvə qəbulunu belə azaldırdılar.

Bu gün vəziyyət dəyişib: artıq diqqət yeni bir qəhrəman – zülalın üzərindədir. Sosial mediada geniş yayılan fikrə görə, gənclik, gözəllik, sağlamlıq, arıq və tonuslu bədən, hətta psixoloji sabitlik belə zülaldan asılıdır. Bəziləri isə düşünür ki, nə qədər çox protein yeyilsə, bir o qədər yaxşıdır.

Amma həkimlər xəbərdarlıq edir: artıq protein qəbulunun orqanizmə fayda əvəzinə zərər gətirdiyi hallar az deyil.

Zülalın əsas funksiyaları aşağıdakılardır:

Yağlar və karbohidratlarla yanaşı, zülal da bədən üçün həyati əhəmiyyət daşıyır. O, bir çox vacib funksiyaları yerinə yetirir:

Əzələləri qoruyur və bərpasına kömək edir; İmmuniteti gücləndirir; Dərinin, saçların, dırnaqların və sümüklərin əsas “tikinti materialı”dır; Çəkini sabit saxlamağa kömək edir və toxluq hissini uzadır; Həzm prosesinə və fermentlərin istehsalına dəstək olur; Hormonal tarazlığı qoruyur.

Artıq protein niyə təhlükəlidir?

Diyetoloq Melissa Mitrinin sözlərinə görə, sosial mediada zülalın “möcüzəvi” təsiri barədə yayılan fikirlər çox vaxt şişirdilir.

Əslində, orqanizm üçün balanslı qidalanma daha vacibdir. Artıq protein:

böyrəklərə əlavə yük salır, sümükdən kalsium itkisini artırır, qaraciyərin işləməsini çətinləşdirə bilər, həmçinin digər vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər.

Bundan başqa, zülal əlavələri və protein tozlarının nəzarətsiz istifadəsi də metabolik pozğunluqlara və bağırsaq problemlərinə gətirib çıxara bilər.

Gündə nə qədər protein lazımdır?

Müxtəlif mənbələr protein norması barədə fərqli rəqəmlər göstərir. Bəziləri hər kiloqram bədən çəkisinə görə 1 qram, digərləri isə 2–3 qram təklif edir.

Amma rəsmi pəhriz təlimatlarına əsasən:

orta aktivlik səviyyəsinə malik sağlam insan üçün norma — 0,8–1 qram/kq bədən çəkisidir.
Məsələn, 70 kq çəkisi olan bir insan gündə 56–70 qram protein qəbul etməlidir.

İdmançılar və yüksək fiziki aktivliyə malik şəxslər üçün bu göstərici 1,2–1,6 qram/kq-a qədər artırıla bilər.

Lakin bundan artıq miqdar yalnız mütəxəssis nəzarəti altında qəbul edilməlidir.

Protein sağlamlıq üçün vacibdir, lakin onun artığı da, əskikliyi də bədənə zərər verə bilər. Ən düzgün yanaşma — balanslı və müxtəlif qidalanmadır.

Ət, balıq, yumurta, süd məhsulları, paxlalılar və qoz-fındıq zülalın təbii mənbələridir.

Terapevt Uyanaeva: “Protein miqdarı yaşa, cinsə, çəkiyə və həyat tərzinə görə fərqli olur. Hər kəs üçün fərdi hesablanmalıdır”. /E-saglam.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:390
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri