Icma.az
close
up
RU
Doktorantura təhsili almaq istəyənlərə MÜHÜM XƏBƏR: “Aldanmamaq üçün bu qaydalara mütləq əməl edin, əks halda…” KONKRET

Doktorantura təhsili almaq istəyənlərə MÜHÜM XƏBƏR: “Aldanmamaq üçün bu qaydalara mütləq əməl edin, əks halda…” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan vətəndaşlarının xaricdə aldığı doktorantura diplomları Təhsildə Keyfiyyət Təminatı Agentliyi deyil, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınır. Diplomun tanınması üçün sənədlər əvvəlcə leqallaşdırılır və daha sonra Komissiyanın Rəyasət Heyətinə təqdim olunur”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev səsləndirib.

“Doktorantura təhsili hərbi xidmətdən möhlət hüququ qazandırır və bu, mövcud qanunvericilikdə açıq şəkildə göstərilib. Lakin bəzi hallarda vətəndaşlar diplomun tanınması ilə bağlı ciddi çətinliklərlə qarşılaşırlar. Xüsusilə, bir sıra xarici universitetlər öz diplomlarını belə leqallaşdırmır. Nəticədə həmin ali təhsil müəssisələrində oxuyan Azərbaycan vətəndaşları təhsil haqqı ödəsələr də, 4 ildən sonra diplomlarının tanınmaması prosesi ilə üzləşirlər”.

Ekspert qeyd edir ki, məsələ ilə bağlı hərbi komissarlıqların da yanaşmasında ziddiyyətlər müşahidə olunur. Bəzən informasiya çatışmazlığı səbəbindən təqdim olunan bütün sənədlər qəbul edilir. Belə hallarda diplomlar nüfuzlu universitetlərə deyil, heç bir ölkə tərəfindən tanınmayan müəssisələrə aid olur.

“Qanunvericilikdə bakalavr pilləsini bitirən şəxslərin birbaşa doktoranturaya qəbul olunması mümkündür. Bu sistem “4+1” – yəni 1 il magistratura və 4 il doktorantura şəklində tətbiq edilir. Lakin hərbi komissarlıqlar bu praktikaya uyğun hərəkət etmir və magistratura diplomunun da təqdim olunmasını tələb edirlər. Qanunvericilikdə bununla bağlı xüsusi qayda nəzərdə tutulmadığından məsələ əlavə çətinliklər yaradır. Qeyd edək ki, hazırda Türkiyənin bir sıra dövlət universitetlərində və eləcə də Kuzey Kıbrıs Türk Cümhuriyyətində doktorantura pilləsi üzrə təhsil almaq mümkündür”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri