Icma.az
close
up
RU
Vətəndaşların NƏZƏRİNƏ: “Torpaq alarkən mütləq bunlara əməl edin, əks halda…” KONKRET

Vətəndaşların NƏZƏRİNƏ: “Torpaq alarkən mütləq bunlara əməl edin, əks halda…” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycanda torpaq alışı zamanı alıcıların ən çox buraxdığı səhvlər gələcəkdə ciddi problemlərə səbəb olur.

Bəs, vətəndaşlar torpaq alarkən nələrə diqqət etməlidir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov KONKRET.az-a açıqlamasında bildirib ki, son illərdə torpaqlardan təyinatına uyğun olmayan istifadə və qanunsuz tikililərin qarşısını almaq məqsədilə nəzarət gücləndirilib.

Elnur Azadov

Ekspertin sözlərinə görə, əvvəllər istənilən torpaq sahəsində fərdi ev və ya kommersiya obyektinin tikilməsi halları geniş yayılmışdı:

“Əvvəllər vətəndaşlar torpağın təyinatına fikir vermədən istədikləri tikililəri inşa edirdilər. Nəticədə ölkədə qanunsuz yaşayış evlərinin sayı 650-700 minə çatmışdı. Bu səbəbdən dövlət son illər ciddi tədbirlər görüb”.

Elnur Azadov vurğulayıb ki, torpaq alarkən ən vacib məsələ onun təyinatıdır. Əgər vətəndaş fərdi ev tikməyi planlaşdırırsa, torpağın yaşayış məntəqəsinə aid olması mütləq şərtdir:

“Keçən ilin oktyabrın 1-dən etibarən torpağın təyinatına uyğun olaraq kommunikasiya xətlərinin ayrılması normativ tələbə çevrilib. Yəni torpağın təyinatı uyğun deyilsə və ya tələb edilən sənədlər təqdim olunmayıbsa, həmin sahəyə su, qaz, işıq və kanalizasiya xətləri çəkilməyəcək. Əvvəllər kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi evlər tikilirdisə, indi bu, artıq mümkün deyil”.

Ekspert əlavə edib ki, bu dəyişikliklər gələcəkdə torpaq bazarına da təsir göstərəcək. Onun fikrincə, yaşayış təyinatlı torpaqlara tələbat artacaq, bu da həmin kateqoriyadakı sahələrin qiymətlərində 1-2 il ərzində artıma səbəb ola bilər:

“Kənd təsərrüfatı təyinatlı torpaqların dəyəri isə sabit qalacaq və ya bir qədər aşağı düşəcək, çünki həmin torpaqlarda tikinti aparmaq məhdudlaşdırılıb”.

Ekspert vətəndaşlara torpaq almazdan əvvəl kadastr sənədlərini, təyinatını və kommunikasiya imkanlarını diqqətlə yoxlamağı tövsiyə edib.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see160

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see138

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri