Icma.az
close
up
RU
Müttəfiqlik yox, maraq oyunu: Rusiya İranı İsrailə satdı?

Müttəfiqlik yox, maraq oyunu: Rusiya İranı İsrailə satdı?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Rusiya və İran arasındakı münasibətlər açıq ictimai yaxınlaşmaya baxmayaraq, dərin etimadsızlıq, gizli rəqabət və qarşılıqlı casusluqla müşayiət olunur.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti (SWR) məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, iqtisadi əməkdaşlığa baxmayaraq, hər iki ölkə bir-birinə etibarlı müttəfiq kimi yox, potensial rəqib və hətta düşmən kimi yanaşır. Bu yanaşmanı qarşılıqlı casusluq və bir-birinə zidd geosiyasi maraqlar da sübut edir.

Məsələn, 2025-ci ilin iyununda İran ilə İsrail arasında 12 günlük münaqişə zamanı İranın Siyasi Məqsəd Şurasının üzvü Seyid Məhəmməd Sədr Rusiyanı İrana məxsus hava hücumundan müdafiə sistemlərinin koordinatlarını İsrailə ötürməkdə ittiham edib. Onun sözlərinə görə, bu addım Moskva ilə “strateji müttəfiqlik”in formal xarakter daşıdığını və əslində Rusiya tərəfinin İsrailə İrana qarşı hücumda dolayı şərait yaratdığını göstərir.

“Bu hadisə iqtisadi münasibətlərin siyasi sədaqətə zəmanət vermədiyini, tərəfdaşlığın nə qədər kövrək olduğunu bir daha nümayiş etdirdi”, – SWR qeyd edib.

2022-ci ildən sonra Rusiya İranda böyük sərmayələrə başlayıb və 2024-cü ildə İslam Respublikasında ən böyük xarici sərmayəçi statusunu qazanıb. 2023-cü ildə bu investisiyaların həcmi 2,7 milyard dollar olub. Moskva yaxın illərdə İranın enerji sektoruna daha 8 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Hazırda Buşəhrdə Rusiya tərəfindən inşa edilən atom elektrik stansiyası fəaliyyət göstərir, ikinci fazanın tikintisi davam edir. Bundan əlavə, Hormozqan vilayətində Sirik İstilik Elektrik Stansiyasının tikintisi həyata keçirilir. Rusiya şirkətləri həmçinin Rəşt-Astara dəmir yolu və Azərbaycan ərazisindən keçən qaz kəməri kimi strateji layihələrdə də iştirak edir.

Lakin bu planlar ciddi risk altındadır. Ukrayna kəşfiyyatının qiymətləndirməsinə görə, həm tarixi etimadsızlıq, həm də müasir maraq toqquşmaları Moskva ilə Tehran arasındakı müttəfiqliyin yalnız görüntü olduğunu göstərir. Rusiya, eyni zamanda, Yaxın Şərqdə qlobal güc statusunu da itirməkdədir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Avqust 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri