Icma.az
close
up
RU
Kreml İranı da satdı

Kreml İranı da satdı

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Rusiya Ukraynada öz maraqlarının təmini müqabilində İran məsələsində güzəştə gedə bilər”. 

Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az” – a şərhində Yaxın Şərqdəki müharibənin Rusiyaya hansı imkanlar qazandıracağı ilə bağlı suala cavab verərkən bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdə böyük müharibənin baş verməsi müəyyən dərəcədə Rusiyanın maraqlarına uyğundur. 

“Hazırda Rusiya-Ukrayna müharibəsi arxa plana keçib. Ön planda isə ABŞ-İsrail-İran müharibəsidir. Artıq bu məsələ beynəlxalq ictimaiyyətin ön önəmli gündəm mövzusudur. 

Müharibə getdiyi bir zamanda Rusiya İrana o qədər də çox ciddi dəstək vermir. Moskva yalnız diplomatik bəyanatlarla kifayətlənir. Rusiyanın özünün yardıma ehtiyacı var və Ukrayna ilə müharibədə çox böyük itkilər verib. Bu səbəbdən Moskva İrana hərbi dəstək vermək imkanlarından məhrumdur".  Onun fikrincə, dünyanın diqqətinin bu bölgəyə yönəlməsi Rusiyaya müəyyən imkanlar qazandıra bilər:

"Moskva öz potensialı daxilində Ukraynaya daha çox zərbə vurmağa, Ukraynada daha çox ərazi tutmağa və öz hədəflərinə nail olmağa çalışacaq. Hətta iddialara görə, ABŞ və Rusiya bir sıra məsələlərdə olduğu kimi, İran məsələsində də anlaşma əldə edə  bilərlər. 

İddia olunur ki, Kreml Ukraynada maraqlarının təmin olunması müqabilində İran məsələsində yumşaq mövqe sərgiləyir. Bu ehtimal özünü doğrultmaya başlayıb. Eyni zamanda, hesab edirəm ki, bütün hallarda Yaxın Şərqdə hazırda davam edən müharibədə Rusiyanın təsir imkanları yoxdur. 

Baxmayaraq ki, Rusiya ilə İran arasında əldə olunan ikitərəfli müqavilələrə əsasən, Moskva Tehranı müəyyən hərbi ləvazimatlar – hava hücumundan müdafiə sistemləri və Su-25 qırıcı təyyarələri ilə təmin etməli idi”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Açar sözlər: Moskva Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri