Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, Baş nazir hakimiyyəti təhvil verməyə hazırdır
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Suriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edib.
Bu barədə “Report” Əl-Cəzirə telekanalına istinadən xəbər verir.
Müxalifət qüvvələri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.
Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.
Məhəmməd Qazi əl-Cəlali əlavə edib ki, dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək: “Vətənimizin bir parçası olan heç kimə zərər verməyəcəklərini təsdiqləyən rəqiblərə əlimizi uzadırıq. Biz onlarla elə işləməyə hazırıq ki, onlara hər cür köməklik göstərək və dövlət obyektlərinin təhlükəsizliyini təmin edərkən dövlət işlərini mərhələli şəkildə təhvil verək” .
“Reuters” isə xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.

Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb Baş nazir hakimiyyəti təhvil verməyə hazırdır
08 Dekabr 2024 09:29
Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, Baş nazir hakimiyyəti təhvil verməyə hazırdı
08 Dekabr 2024 12:48
Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürdü Baş nazir hakimiyyəti təhvil verməyə hazırdır
08 Dekabr 2024 08:42
Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürdü Baş nazir hakimiyyəti təhvil verməyə hazırdır
08 Dekabr 2024 09:31
Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb
08 Dekabr 2024 09:29

