Icma.az
close
up
RU
Muxtar Babayev: 2025 ci il iqlim dəyişikliyinə uyğunlaşmanı inkişaf etdirmək və Milli Uyğunlaşma Planlarını təqdim etmək üçün dönüş nöqtəsi olmalıdır

Muxtar Babayev: 2025 ci il iqlim dəyişikliyinə uyğunlaşmanı inkişaf etdirmək və Milli Uyğunlaşma Planlarını təqdim etmək üçün dönüş nöqtəsi olmalıdır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 may, AZƏRTAC

Kopenhagendə dünyanın müxtəlif ölkələrindən liderlər və nazirlərin iştirakı ilə Braziliyada keçiriləcək COP30 müzakirələrinə istiqamət vermək məqsədilə iqlim üzrə görüş başlayıb.

AZƏRTAC xəbər verir ki, görüşə Danimarkanın energetika, kommunal xidmətlər və iqlim naziri Lars Aagard sədrlik edir. Görüşdə həmçinin COP30-un təyin olunmuş prezidenti, Braziliyalı səfir Andre Korrea do Lago və vəzifəsini təhvil verən COP29 rəhbəri, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edirlər.

Görüşün açılışında vurğulanıb ki, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 zamanı demək olar ki, 200 tərəfdaş ölkə “Bakı İqlim Həmrəyliyi Paktı” çərçivəsində mühüm nəticələr əldə edib. Bu nəticələr iqlim dəyişikliklərinə qarşı mübarizənin intensivləşdirilməsi, dayanıqlılığın gücləndirilməsi və ehtiyacı olanlar üçün maliyyə resurslarının səfərbərliyi ilə bağlı irəliləyişləri əhatə edib. Əsas nailiyyətlər arasında İqlim Dəyişmələrinə Qarşı Maliyyə Yardımı üzrə Yeni Kollektiv Miqdar Hədəfi (NCQG), Zərər və Ziyanın Ödənilməsi Fondu və Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarına dair qaydaların tamamlanması yer alır. Ən önəmlisi isə odur ki, COP29 ölkələrin birlikdə fəaliyyət göstərməsi sayəsində çoxtərəfli yanaşmanın real nəticələr verə biləcəyini təsdiqlənib.

Hazırda əsas diqqət bu nəticələrin real addımlara çevrilməsinə yönəldilməlidir. İqlim böhranı qətiyyətli və sürətli qlobal tədbirlər tələb edir. COP30-un uğuru beynəlxalq ictimaiyyətin çoxtərəfli iqlim rejimini dəstəkləməyə və möhkəmləndirməyə hazırlığından asılı olacaq. Bu da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) prosesini insanların həyatına yaxınlaşdırmaq və Paris Sazişinin məqsədlərinin həyata keçirilməsini sürətləndirmək deməkdir.

COP29-un prezidenti və Azərbaycanın iqlim üzrə xüsusi nümayəndəsi Muxtar Babayev çıxışında qeyd edib ki, sürətlə dəyişən dünyada bütün ölkələr iqlim böhranı ilə üzləşirlər və bu səbəbdən də ölkələrin bu barədə açıq danışmaları, konstruktiv əməkdaşlıq etmələri və birlikdə irəliləmələri vacibdir:

“Biz bir yerdə çox şeyə nail olmuşuq. Paris Sazişindən əvvəl dünya 4°C-dən çox istiləşməyə doğru gedirdi. Hələ uzun yolumuz var, amma əldə etdiyimiz irəliləyişi inkar edə bilmərik. Biz Bakıda irəli getdik. COP29-da sübut etdik ki, dünya razılaşa və nəticə əldə edə bilər. Yeni öhdəliyə əsasən, inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsi ayrılacaq. Biz həmçinin Paris qaydalar paketini bağladıq. Ancaq bu gün dünyada artan qeyri-müəyyənlikləri nəzərə alaraq, real vəziyyətə qarşı dürüst olmalıyıq. Qorxuya qapılmamalı və iqlim fəaliyyətini unutdurmağa imkan verməməliyik. İqlim böhranı digər problemlər həll olunana qədər gözləməyəcək. Hər bir məsələ ilə birlikdə iqlim böhranının həlli də paralel şəkildə irəliləməlidir. Əks halda, fürsətləri qaçırdığımız üçün peşman olacağıq”, - deyə Muxtar Babayev bildirib.

Muxtar Babayev əlavə edib ki, hazırda COP29-un sədrliyi Braziliyanın COP30 hazırlıqlarına dəstək verir. O, Azərbaycan Prezidentinin – İlham Əliyevin rəhbərliyi və dəstəyinin COP29-un uğurla təşkil olunmasında və ölkənin iqlim dəyişikliklərinə qarşı mübarizəyə sərmayə qoymasında həlledici rol oynadığını vurğulayıb: “Bizim əsas məqsədimiz bütün liderlərin bu prosesdə eyni dərəcədə fəal iştirak etməsidir. Vaşinqtonda keçirilən yaz görüşlərində iqlim məsələsinin gündəlikdən çıxarılmaq təhlükəsi ilə üzləşdik. Amma biz bu mövzunu yenidən ön plana çəkməli, verilmiş vədlərin konkret yerinə yetirilməsi planlarını təqdim etməliyik. Bu, hökumətlərdən əlavə olaraq, çoxtərəfli inkişaf bankları və digər maliyyə institutları da daxil olmaqla bütün maraqlı tərəfləri əhatə edir”.

M.Babayev, COP29-un nəticələrindən biri kimi, 2035-ci ilə qədər hər il 300 milyard dolların səfərbər olunması hədəfini xatırladıb. Bu məqsədə çatmaq üçün kollektiv səylər lazım olduğunu bildirib.

M.Babayev vurğulayıb ki, ən yaxın və əsas nəticə növbəti iqlim planlarının hazırlanması olmalıdır. Bütün ölkələr sentyabr ayına qədər Öz Milli Uyğunlaşma Planlarını (NAP) və ilk ikiillik şəffaflıq hesabatlarını təqdim etməlidirlər. Bu addımlar COP30-da Braziliyanın liderliyinə dəstək verəcək.

COP30-un prezidenti Andre Korrea do Lago isə beynəlxalq ictimaiyyəti insanlığın rifahı naminə iqlim dəyişikliyinə qarşı səyləri birləşdirməyə çağırıb. O, BMT Baş katibi Antonio Quterreşin son Petersberq İqlim Dialoqunda etdiyi çağırışı xatırladıb – ölkələr sentyabr ayına qədər 1,5°C hədəfinə uyğun milli töhfələr təqdim etməlidir: “Biz bu çağırışlara ciddi yanaşmalıyıq – həm ən pis nəticələrin qarşısını almaq, həm də aşağı karbonlu və davamlı gələcək imkanlarından faydalanmaq üçün zəruridir”, - deyə Andre Korrea do Lago vurğulayıb.

2025-ci il Paris Sazişinin qəbul edilməsinin 10 illiyi və iqlim fəaliyyətləri üçün həlledici onilliyin ortası olaraq dönüş nöqtəsidir. Bu il həm də Paris Sazişi məqsədlərinin tətbiqi mexanizmləri üçün önəmli bir mərhələdir. 2025-ci il iqlim dəyişikliyinə uyğunlaşmanı inkişaf etdirmək və Milli Uyğunlaşma Planlarını təqdim etmək üçün dönüş nöqtəsi olmalıdır.

Bu kontekstdə COP30, BMT-nin İqlim Konvensiyası çərçivəsində və xaricində iştirakçıları, prosesləri və mexanizmləri sistematik şəkildə əlaqələndirmək üçün unikaldır. Məqsəd – Paris Sazişinin əsas elementləri olan azaldılma, uyğunlaşma, maliyyələşmə, texnologiya və potensialın artırılması üzrə boşluqları aradan qaldırmaqdır. Bu da COP30-un "Cənub Xaçı" baxışına uyğundur.

COP30-a cəmi 7 ay qalmış tərəflərin iqlim ambisiyalarını və tədbirlərini sürətləndirmək üçün həlledici imkanı var. Kopenhagendəki bu yüksək səviyyəli görüş iqlim fəaliyyəti ilə bağlı səmimi və konstruktiv müzakirələr üçün platforma təqdim edir.

İki günlük görüş çərçivəsində plenar və bölmə iclaslarında iştirakçılar Bakı Həmrəyliyi Paktı və BƏƏ Konsensusu əsasında müəyyən edilmiş bir sıra əsas məsələlər – milli səviyyədə müəyyən edilmiş töhfələr, ədalətli keçid, maliyyələşmə, uyğunlaşma və dayanıqlılıq, eləcə də Qlobal Yekun İcmalın həyata keçirilməsi mövzusunda açıq və konstruktiv müzakirələr aparacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri