Icma.az
close
up
RU
Muxtar Babayev: Çoxtərəfli inkişaf banklarını milli planlar üçün uyğunlaşma maliyyəsini artırmağa bir daha çağırırıq

Muxtar Babayev: Çoxtərəfli inkişaf banklarını milli planlar üçün uyğunlaşma maliyyəsini artırmağa bir daha çağırırıq

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

İqlim böhranı bir çoxları üçün ekzistensial xarakter daşıyır və hərəkətsizlik ciddi insan və iqtisadi itkilərə səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Transformasiyaedici iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və Çoxtərəfli İnkişaf Banklarının katalitik təsirinə keçid" mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı bildirib.
M. Babayev qeyd edib ki, iqlim dəyişikliyindən təsirlənən icmalara qarşı mənəvi öhdəliklər var: “Bu yük çox vaxt öndə olanların və maliyyə resursları ən az olanların üzərinə düşür. Təxminlərə görə, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma xərcləri illik ÜDM-in 4-5 %-ni təşkil edir, borc öhdəlikləri isə bu məhdud resursların daha da tükənməsinə səbəb olur. İqlim maliyyəsi bu icmalar və iqlim dəyişikliyinin önündə olan milyonlarla insan üçün işləməlidir”.
O əlavə edib ki, COP29 il ərzində iqlim maliyyəsini mərkəzi element kimi qəbul edərək, iddialı milli iqlim planlarının həyata keçirilməsini və iqlim maliyyəsinin artırılmasını qarşıya məqsəd qoyub: “Ümumi çağırış budur ki, iqlim ehtiyacları trilyonlarla ölçülür”.
M. Babayev vurğulayıb ki, ambisiyalar və maliyyə arxitekturasında islahatların genişləndirilməsinə ehtiyac var: “Mövcud maneələri aşmaq üçün maliyyə sisteminin bütün iştirakçılarını cəlb etməliyik. COP rəhbərliyi sizin təkliflərinizi eşitməkdən məmnundur. COP24-də Çoxtərəfli İnkişaf Bankları (MDB) Paris Sazişinə uyğun fəaliyyət göstərmə öhdəliyini təsdiqləmişdi. O vaxtdan MDB-lər 2019-2023-cü illər arasında iqlim maliyyəsini iki dəfədən çox artırıb. Mərakeş Bəyannaməsində birgə iqlim səyləri üçün əsas addımlar müəyyən edilib. MDB rəhbərləri 2024-cü ildə iqlim fəaliyyətlərinin gücləndirilməsinin əsas yollarını təqdim ediblər və 1,5 dərəcə hədəfinə nail olmaq üçün səylərə öz töhfələrini veriblər”.
COP29-un prezidenti MDB-ləri milli iqlim planları üçün uyğunlaşma maliyyəsini artırmağa çağırıb: “Bu həftə aparıcı çoxtərəfli banklar 2030-cu ilə qədər illik kollektiv iqlim maliyyələşməsinin 170 milyard ABŞ dollarına çatdırılacağını, bunun 49 milyard ABŞ dollarının isə uyğunlaşma maliyyəsinə ayrılacağını proqnozlaşdırıblar”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri