Icma.az
close
up
RU
Muxtar Babayev: Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70 %ə çatacağı proqnozlaşdırılır Xəbər saytı Son xəbərlər və Hadisələr

Muxtar Babayev: Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70 %ə çatacağı proqnozlaşdırılır Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytına istinadən bildirir.

2050-ci ilə qədər dünyada şəhər əhalisinin xüsusi çəkisinin indiki 50 %-dən 70 %-ə çatacağı proqnozlaşdırılır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbir çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.

"Yaxın 5-7 ildə şəhər əhalisinin sayının 500 milyon nəfərdən çox artacağı gözlənilir. Bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik enerjisi, su və kanalizasiya təchizatına, nəqliyyat sektoruna daha da böyük təzyiq göstərəcək. Hazırda şəhərlər qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur", - deyə o qeyd edib.

M. Babayev həmçinin deyib ki, şəhər əhalisinin sayının artması milli hökumətləri özəl və ictimai maraqlı tərəflərlə birlikdə qüvvələri birləşdirməyə, qarşıya qoyulmuş məqsədlərə çatmağa stimullaşdırır: "Çox səviyyəli əməkdaşlıq vacibdir. Milli siyasətlər yerli səviyyədə həyata keçirilə bilən strategiyalara çevrilməlidir. Şəhərlər və regionlar öz unikal və spesifik kontekstlərinə uyğun hazırlanmış iqlim həllərini həyata keçirmək üçün alətlərə, maliyyə vəsaitlərinə və səlahiyyətlərə ehtiyac duyurlar. Buna görə Bakı Şəhər Davamlılığı Koalisiyası kimi təşəbbüslər əməkdaşlığın genişləndirilməsinə sadiq olan müxtəlif tərəfləri bir araya gətirdiyi üçün çox vacibdir. Şəhər iqliminin maliyyələşdirilməsi də mühüm məsələdir. Şəhər infrastrukturuna, enerjiyə qənaət edən binalara və dayanıqlı nəqliyyat sistemlərinə investisiyaları artırmaq üçün innovativ maliyyələşdirmə mexanizmləri və daha güclü tərəfdaşlıq tələb olunur. Bu, təkcə iqlim risklərinin həlli deyil, həm də iqtisadi artım, iş yerlərinin yaradılması və şəhər əhalisi üçün həyat keyfiyyətinin yaxşılaşdırılması üçün imkanların açılmasıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri