Icma.az
close
up
RU
Muxtar Babayev: Ətraf mühitə təsir edən cinayətlər biomüxtəlifliyimizə ciddi təhdid yaradır AZƏRTAC

Muxtar Babayev: Ətraf mühitə təsir edən cinayətlər biomüxtəlifliyimizə ciddi təhdid yaradır AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

Ötən il COP28-də ilk dəfə olaraq hüquq-mühafizə orqanları qlobal iqlim dialoquna inteqrasiya olunub və onların iqlim dayanıqlığı, sülhün qorunması və biomüxtəlifliyin mühafizəsi sahəsindəki əhəmiyyətli rolu vurğulanıb. COP29 çərçivəsində bu istiqamətdə işlər daha da genişləndirilib.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

M.Babayev çıxışında hüquq-mühafizə orqanlarının ekoloji cinayətlərlə mübarizədə rolunu və iqlim tədbirlərinin hüquq sisteminə inteqrasiyasının vacibliyini xüsusi vurğulayıb.

“Ətraf mühitə təsir edən cinayətlər – qanunsuz ağackəsmə, flora qaçaqmalçılığı, dəniz çirkliliyi, mineral və balıq ehtiyatlarının istismarı biomüxtəlifliyimizə ciddi təhdid yaradır və iqlim dəyişikliyinin təsirlərini daha da artırır,” – deyə M.Babayev qeyd edib. O, hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi üçün müasir texnologiyalar, hüquqi çərçivələr və davamlı fəaliyyət metodlarının əhəmiyyətini diqqətə çatdırıb.

Muxtar Babayev bildirib ki, ətraf mühitin qorunması, təbii irsin müdafiəsi və iqlim məqsədlərinin birgə əldə edilməsi üçün beynəlxalq əməkdaşlıq və hüquq-mühafizə orqanlarının iştirakı mühüm əhəmiyyət kəsb edir. O, sessiya iştirakçılarına töhfələrinə görə təşəkkür edib və müzakirələrin iqlim dəyişikliyinə qarşı mübarizədə praktiki həllər təqdim edəcəyinə ümidvar olduğunu deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri