Icma.az
close
up
RU
Muzdla işləyənlərin maaşı ilə bağlı mühüm statistika

Muzdla işləyənlərin maaşı ilə bağlı mühüm statistika

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanda ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışan muzdlu işçilərin sayı son illərdə artım nümayiş etdirsə də, bu sektorda orta aylıq əməkhaqqı hələ də ölkə üzrə orta göstəricidən xeyli aşağıdır.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına görə, 2025-ci ilin nəticələrinə əsasən, ölkədə muzdla işləyənlərin ümumi sayı 1 milyon 808 min nəfərə çatıb. Onlardan 336 min nəfəri ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışır. Bu göstərici 2024-cü illə müqayisədə 6,7 min nəfər və ya 2 faiz artıb. Ötən il bu sahədə çalışanların sayı isə 329,3 min nəfər olub.

Statistikaya əsasən, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanların ümumi məşğulluqda xüsusi çəkisi son illərdə sabit qalaraq 18,5-18,6 faiz intervalında dəyişib. 2025-ci ildə bu göstərici 18,6 faiz təşkil edib.

Eyni zamanda, bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqında da artım qeydə alınıb. Belə ki, 2025-ci ildə orta aylıq əməkhaqqı 747,6 manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2024-cü ildə 691,7 manat, 2023-cü ildə 632,1 manat, 2022-ci ildə isə 573,3 manat olub.

Bununla belə, ticarət sektorunda əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqından geri qalmaqda davam edir. Belə ki, 2025-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1102,9 manat olduğu halda, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində bu rəqəm cəmi 747,6 manat təşkil edib. Bu isə ölkə üzrə orta əməkhaqqının 67,8 faizinə bərabərdir.

Statistika göstərir ki, son illərdə ticarət sektorunda həm məşğulluq, həm də əməkhaqqı artsa da, əməkhaqlarının ölkə üzrə orta göstəriciyə nisbəti 2021-ci illə müqayisədə aşağı səviyyədə qalır. 2021-ci ildə bu nisbət 73,3 faiz olduğu halda, 2025-ci ildə 67,8 faizə enib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri