Icma.az
close
up
RU
“mygov” platformasında vətəndaşların tibbi məlumatlara çıxış imkanları genişləndirilib

“mygov” platformasında vətəndaşların tibbi məlumatlara çıxış imkanları genişləndirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 may, AZƏRTAC

Rəqəmsal sənəd və məlumatların əhatə dairəsi “mygov” platformasında daha da genişlənir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə vətəndaşlar “Ailə həkimim”, “Həkim müraciətlərim” və “Laborator analiz nəticələrim” barədə məlumatlarını birbaşa “mygov” platformasından əldə edə bilərlər.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, əvvəllər bu məlumatlara yalnız “e-Tabib” mobil tətbiqi vasitəsilə baxmaq mümkün idisə, indi “mygov” veb-portalı və mobil tətbiqi üzərindən məlumatlarla tanış olmaq olar. Beləliklə, vətəndaşlar əlavə platformalara keçid etmədən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həm icbari tibbi sığorta hesabına, həm də ödənişli əsasda onlara göstərilən tibbi xidmətlər, əlavə olaraq digər dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına göstərilən xidmətlər barədə məlumatlara bir məkandan çıxış imkanı qazanıblar.

“Ailə həkimim” məlumatları üzrə istifadə qaydası:

“mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olub “Ailə həkimim” seçilir və

məlumatlar əldə olunur. Bu funksionallıq vasitəsilə vətəndaşlar qeydiyyatda olduqları ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsindəki ailə həkimi barədə məlumatları rahatlıqla əldə edə bilirlər.

“Həkim müraciətlərim” məlumatları üzrə istifadə qaydası:

“Tibb məlumatlarım” bölməsinə daxil olaraq “Həkim müraciətlərim” seçilir. Burada vətəndaşlar həkimə etdiyi müraciətlər, qoyulmuş diaqnozlar və göstərilən tibbi xidmətlərlə bağlı məlumatlarla tanış ola bilirlər.

“Laborator analiz nəticələrim” məlumatları üzrə istifadə qaydası:

“Tibb məlumatlarım” bölməsinə daxil olaraq “Laborator analiz nəticələrim” seçilir və məlumat əldə edilir. Bu yeniliklər vətəndaşlara vaxt və resurslarına qənaət etməyə, eyni zamanda, tibbi məlumatlara daha sürətli və rahat çıxış imkanı əldə etməyə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri