Icma.az
close
up
RU
Nadirin “Lal ev”i...

Nadirin “Lal ev”i...

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın bir çox klassik və müasir yazıçılarının bədii ədəbiyyata jurnalistikadan gəlişini çox görmüşük. Bu yazıçıların, xüsusilə nasirlərin bədii əsərlərində insan və onun xarakteri bütün detalları ilə və ən əsası, orijinal şəkildə ifadə olunur. Bu, heç də təsadüfi deyil, çünki jurnalistika canlı insana bağlı elə bir peşədir ki, onun təbii şəkildə yaratdığı insan və peşə tandemi sonradan bədii sözə ehtiyac duyan yaradıcı adama çox şey vəd edir.

Jurnalist yaradıcılığına yaxından bələd olduğu və bu sahədə göstərdiyi yüksək peşəkarlığa görə Nadir Yalçın bir publisist kimi oxucularının hörmətini qazanıb. Və həm də Nadir Yalçın bir jurnalist kimi Azərbaycan mətbuat sistemində sayılıb seçilən “525-ci qəzet”də formalaşıb. Əlbəttə, “jurnalistika peşədir, bədii söz sənətdir” fikrini qəbul etsək, peşəni öyrənmək olur, sənətlə bağlı istedadı isə Tanrı yetirir. Nadir Yalçın jurnalistika peşəsini sevdi və öyrəndi. Tanrının yetirdiyi istedad isə bir gün onu həm də bədii sözə yönəltdi.

O özünün hekayəsini bu yaxınlarda “Lal ev” adı altında bir kitab formatında çap etdirib. Mən bu hekayələri iki maraqla oxudum: birincisi jurnalist yaradıcılığına çox hörmət etdiyim Nadir Yalçın bədii sözə hansı cəsarətlə gəlib; ikincisi, jurnalistikadan bədii sözə keçiddə nə qədər haqlıdır?

Maraqlısı bir də budur ki, Nadir Yalçın çox savadlı və tələbkar ziyalı kimi ən yaxın dostuna, tanışına belə ədəbi yaradıcılıqda güzəştə getməz. Ona görə mən də onun hekayələrini oxumağa başlayanda diqqət elədim: hekayələrdə orijinal bədii üslub yoxdursa, insan xarakterləri, bədii düşüncə mükəmməl deyilsə, qeydlərimi bir dost kimi onun özünə bildirəcəm və bu kitab haqqında ictimai fikir bildirməyəcəm. Amma hekayələrin lap elə birincisini - “Balıqçılar”ı oxumağa başlayan kimi hiss elədim ki, bədii sözə çox böyük məsuliyyət və sevgi ilə yanaşan bir sənətkarla üz-üzəyəm.

“Balıqçı” kitabın ilk hekayəsi idi. İki qardaş - Cavid və Elxan - imkan olduqca balıq tutmağa gedirdilər. Bu iki qardaşı ancaq elə bu balıq səfərləri birləşdirir: xarakterləri uyğun gəlmir. Müəllif bu qardaş uyğunsuzluğunu çox maraqlı detallarla – dialoqlarla ümumiləşdirir. Və bu ümumiləşdirmədə kəndin Ləpir Həsən adlandırdığı bədniyyət bir adam da var. Bu bədniyyət “Həsənin qabağına çıxanlar xeyir tapmırlar”. Ancaq yazıçı özünün estetik baxışı ilə günahın Ləpirçi Həsəndə deyil, bir-biri ilə yola getməyən, üzdə mötəbər, daxilən pisniyyət adamların özündə axtarır. Müəllifin insana, həqiqətə bu yanaşması oxucunu düşünməyə, insan və ləyaqət anlayışlarını birlikdə görməyə çağırır.

Nadir Yalçını bir yazıçı kimi insan, onun yaşadığı mühit, ailə, milli-mənəvi dəyərlər daha çox düşündürür. “Bir adamın mahnısı”, “Yad”, “Nişan üzüyü” hekayələrində olduğu kimi kitabdakı “Yad” hekayəsi ana öləndən sonra evdə qalan üç kişinin – ata və iki oğlunun anasız yaşayış tərzi qələmə alınıb. Hekayənin maraqlı cəhəti həm də orasındadır ki, müəllif bir ailədə evinə, balalarına sevgi və qayğı ilə yaşamış ananın birdən-birə yoxluğu fonunda yaranan səliqəsizlik “hər şeyin baş ayaq düşməsi” kişilər – ata və iki oğul arasında yaranan söz-söhbət, evdə yaranan ürəkbulandırıcı mənzərə... kimi məqamları açıq göstərməklə bir tərəfdən Azərbaycan anasının ev-ailə qayğılarının əvəzolunmazlığını, digər tərəfdən anadan sonra evdə qalan qardaşların səliqə-sahmansızlıq xarakterlərini maraqlı detallarla ifadə edir. Əslində, müəllif bu hekayədə ailəyə qayğı ilə yanaşmış ana obrazı ilə milli-mənəvi dəyərlərin ata-baba faktını ortaya qoyursa, anadan sonraya qalan oğlanların məişət, doğma ocağa soyuq münasibət, milli-mənəvi dəyərlərə etinasızlıq xarakterləri ilə müasir gənclərin obrazını ümumiləşdirir.

Bu ümumiləşdirmələrdə ananın ailədə yeri müəllifin xüsusi diqqətində olur. “Atamın nikah məmuru” hekayəsində olduğu kimi: Hekayədə atanın və ananın fərqli xarakteri qələmə alınıb. Müəllifin öz dilindən çıxan bu hekayə həbsxanaya düşmüş bir atanın qayıtma anı və onu sədaqətlə gözləyən ananın oğlunu və özünü görüşə necə hazırlaması təsvir olunur. Hər şey qaydasındadır, amma atanın həbsdə olduğu müddətdə bir məşuqəsi varmış və bu məşuqə ata ilə ananın rəsmi boşanmasına səbəb olur. Bir az keçir və rəsmi boşanmış bu cütlük yenə barışırlar. Hekayənin maraqlı sonluğu: sən demə ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün heç kimə demədən Səadət sarayında növbə tutub. Amma növbənin çatmağına bir gün qalmış ata ürək tutmasından dünyasını dəyişir...

Bütün bu narahat həyatın narahatlığı atadan gəlir. Nadir Yalçın evə, ərinə, balalarına ən ağır anlarda belə qayğı və sevgisini əsirgəməyən daha bir ana obrazı yaradır.

Nadirin hekayələrinin hamısı birbaşa müasir zamanın müasir problemləri üzərində qurulur. Kitabın adında da öz ifadəsini tapan “Lal ev” hekayəsində əsgərlik yaşı çatmış Ayaz ata-anasının istəyi ilə orduya getməmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun doktorantı olur. “Azərbaycan istiqlal mübarizəsində Nuru paşanın və Qafqaz islam Ordusunun rolu” mövzusunda dissertasiya üzərində işləyir. Lakin sonradan anlayır ki, tədqiqatçılıq onun işi deyil və ata-anasına demədən orduya əsgər getmək qərarına gəlir. Müəllif oxucuya bildirmək istəyir ki, insan ürəklə girişmədiyi işdən heç vaxt razı qala bilməz. Və bu hekayənin də aktuallığı ondadır ki, bu gün bu soyuq həyat yaşayan Ayazlar çoxdur və onlar öz yerlərini tapmaq üçün ürəkdən istədikləri sahəyə yönəlməlidirlər.

Nadirin hekayələrində kəskin süjet, kəskin kolliziyalar yoxdur. Bu hekayələrdə hər şey adi həyatın adi gedişinə bağlıdır. Oxucunun hər biri iddia dolu bu iddiasız hekayələrdə özünü və ya ətrafını görür. Görür və mənalı anları yenidən yaşamaq, mənasız anlardan imtina etmək qərarına gəlir. Qeyd etdiyim bu iddiasızlıq hekayələrin hər birinin sərlövhəsində özünü göstərir: “Qırx beş dəqiqə”, “Kitabça”, “Ayaqqabı”, “Mən necə evsiz qaldım?”... Adi, ilk baxışda heç bir sensasiya, kəskin süjet vəd etməyən başlıqlar. Amma bu başlıqların hər birinin altında hər birimizin yaşadığımız həyat həqiqətləri var. Və bu həyat həqiqətləri müəllifin qələmində hər kəsin qəbul etdiyi çox ciddi estetik ideallara çevrilir. Bədii əsərdə sadəliyin mürəkkəbliyi məhz bu anda yaranır. Nadir Yalçının “ Lal ev” hekayələr kitabı bizə bunu vəd edir. 

Professor Cahangir Məmmədli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Aprel 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri