Naftalanda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Naftalanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ŞİH-nin başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov və şəhər ziyalısı Elsivar Qəmbərov təşkilat üzvlərini tarixi gün münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında, inkişafında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışılıb. Qeyd edilib ki, Ümummilli Liderin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiya, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır. Yeni Azərbaycan Partiyasının ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edərək ölkəmizin qazandığı uğurların fəal iştirakçısı olduğu bildirilib.
Təşkilatın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya üzvünə fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib, xatirə şəkli çəkdirilmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 21 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















