Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Nağd pulun qəbul olunmadığı ölkə Onlar necə yaşayır?

Nağd pulun qəbul olunmadığı ölkə Onlar necə yaşayır?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Dünyada kartlar və mobil ödəniş tətbiqləri sürətlə nağd pulu əvəz edir. Bu keçid ən çox İsveçdə özünü göstərir. 

Qaynarinfo "The Conversation"a istinadən xəbər verir ki, 2007-ci ildən bəri İsveçdə dövriyyədə olan nağd pulun miqdarı iki dəfə azalıb.

Bu dəyişimin əsas səbəbi İsveçə xas olan bir qanundur: "Müqavilə azadlığı" prinsipi müəssisələrin nağd pul qəbul edib-etməmək qərarını özlərinə buraxır. Nəticədə, ictimai nəqliyyat, mağazalar və dövlət xidmətləri adətən nağd ödənişi qəbul etmir. Hətta kağız hesab-fakturaların əl ilə ödənişi üçün də infrastruktur mövcud deyil.

2012-ci ildə bir qrup bank tərəfindən hazırlanan "Swish" adlı mobil ödəniş tətbiqi bu keçidin sürətlənməsində böyük rol oynayıb. Hazırda İsveç əhalisinin 80%-dən çoxunun "Swish" hesabı var.

İsveçlilərin çoxu üçün bu nağdsız iqtisadiyyat olduqca praktik və sürətli həll hesab olunur. Lakin bank hesabı olmayan, kredit ala bilməyən və ya rəqəmsal texnologiyalara çıxışı olmayan azlıq üçün vəziyyət fərqlidir.

Bir araşdırmaya görə, İsveçdə yoxsulluq səbəbindən nağd pula ehtiyacı olan insanlar nağdsız dünyada ciddi çətinliklərlə üzləşirlər. Xüsusilə yaşlılar rəqəmsal yollarla hesablarını ödəməkdə çətinlik çəkir. Araşdırma zamanı sorğulananların bəziləri evsizlər və ya psixi sağlamlıq problemləri ilə mübarizə aparan şəxslərdir. Digərləri isə çox aşağı gəlirlə həyatlarını davam etdirməyə çalışır.

Bu insanlar, cəmiyyətin gündəlik həyatına tam inteqrasiya ola bilmədiklərini düşünərək özlərini "nağd baloncuqların"da sıxışmış hiss edirlər. Onlar əsas ehtiyaclarını ödəyə bilirlər, lakin avtopark haqlarını ödəyə və ya başqalarının köməyi olmadan hesablarını həll edə bilmirlər.

Bir ukraynalı qaçqın bank hesabı olmadığı üçün yerli klinikanın göndərdiyi hesabı necə ödəyəcəyini düşünərək narahatlıq keçirir. Maşında yatan evsizlər isə nağdsız avtopark aparatlarından istifadə edə bilmədikləri üçün telefon və bank hesabı olan insanlardan əlavə ödəniş müqabilində kömək istəməli olurlar. Rəqəmsal yoxsulluq, ironik şəkildə baha başa gəlir.

Araşdırmada iştirak edənlər cəmiyyətin artıq nağd pul istifadə edənləri vecinə almadığını düşünürlər. Bir qadın, nəvəsinə hədiyyə almaq üçün uzun müddət pul yığdığını, lakin kassada nağd pul qəbul edilmədiyi üçün ödəniş edə bilmədiyini danışır. "Özümü oğru kimi hiss etdim", deyə əlavə edir.

Pandemiya dövründə fiziki pula toxunmağın sağlamlıq riski yaratdığı fikri bu keçidi daha da sürətləndirib. İsveçli bir texnologiya sahibkarı, "Nağd puldan nifrət edirəm, çox çirkindir" sözləri ilə bu tendensiyanı izah edir.

Lakin nağdsız iqtisadiyyat praktiki çətinlik olmaqdan əlavə, insanlarda tənhalıq hissi yaradır. Araşdırmada iştirak edənlərdən biri, duyğularını bu cür ifadə edir: "Təkcə nağdsızlıq deyil, insanlar da yoxa çıxıb. Robot kimi yaşayırıq, birinə kliklə, digərinə kliklə. Rəqəmsallaşma insanları tənha edib".

Qaçılmaz gələcək İsveç kimi bir çox ölkələrdə tamamilə nağdsız bir iqtisadiyyat qaçılmaz görünür. Lakin yoxsulluq səbəbindən nağd pula ehtiyacı olan insanlar üçün bu keçid müstəqil şəkildə həyatlarını davam etdirməyi daha da çətinləşdirir.

Nağd pulun aradan qalxması təkcə iqtisadi məsələ deyil, həm də sosial əlaqələrin qırılması anlamına gəlir. İsveçin nağdsız gələcəyi, hər kəsi əhatə edə bilərmi? Bu sualın cavabı, cəmiyyətin həmrəylik gücündə gizlidir. Yaxın gələcəkdə olmasa da, bu sistemin Türkiyədə mümkün olub-olmayacağı hələ də müzakirə mövzusudur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri