Icma.az
close
up
RU
Nağıl qəhrəmanlarını ölümsüzləşdirən heykəltaraş FOTO AZƏRTAC

Nağıl qəhrəmanlarını ölümsüzləşdirən heykəltaraş FOTO AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Gəncə, 26 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Nağıllar da milli-mənəvi sərvətimizdir, onlarla böyüyürük. Nağıl xarakter formalaşdırır, ruhu tərbiyə edir, xəyal dünyasını, təxəyyül və fantaziyanı inkişaf etdirir. Şifahi xalq ədəbiyyatının epik növünün nümunələri uşaqları əyləndirməklə yanaşı, yazıçıları, rəssamları, heykəltaraşları da ruhlandırır. Nağıl qəhrəmanlarının heykəllərini düzəldib, onları ölümsüzləşdirən heykəltaraş rəssamlardan biri də 66 yaşlı Rəşid Rəsulovdur. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar illərdir ki, müxtəlif personajları uşaqlar və nağıl sevən böyüklər üçün daha yaxın edir.

Rəşid Rəsulov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində rəssamlığa, heykəltaraşlığa uşaqlıqdan meyl göstərməyə başladığını söyləyir. “Qardaşım rəssamdır, uşaq yaşlarımdan ondan ilham almışam. Rəsm məktəbinə getdim, Gəncədə xüsusi orta ixtisas təhsil müəssisəsində “Rəsm və rəsmxətt müəllimi” ixtisası üzrə oxudum. Daha sonra təhsilimi Ukraynada Lvov Dekorativ Tətbiqi İncəsənət İnstitutunun Bədii şüşə şöbəsində davam etdirdim”,- deyən müsahibim bildirir ki, heykəltaraşlıqdan əvvəl rəngkarlıqla məşğul olub, həmçinin şüşə üzərində əl işləri yaradıb. Onun sözlərinə görə, dekorativ tətbiqi incəsənətin bütün növləri arasında bədii şüşə öz istehsal spesifikasına görə fərqlənir.

Dekorativ dizaynla da məşğul olan rəssam, mənzərə və portret janrında 100-lərlə rəsm əsəri də ərsəyə gətirib. “Əl işlərim Rusiya və İspaniyada sərgilərə çıxarılıb. 1988-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü oldum. O vaxt Bədii Fond deyilən qurum var idi, oradan sifarişlər alırdım. Daha sonra heykəltaraşlıqla məşğul olmağa başladım. Uşaqlıqdan nağıllar dinləməyi, təsəvvürümdə onları canlandırmağı çox sevirdim. İllər sonra bu, sənətimə də öz təsirini göstərdi”, - deyə müsahibim qeyd edir.

Evindəki emalatxanasında işləyən Rəşid müəllimin yaradıcılığında vətənpərvərlik motivləri də var. İşlərini ideyanın, eskizin sadə və mürəkkəbliyindən asılı olaraq 10 gündən 1 aya qədər hazır vəziyyətə gətirir. “Uşaq nağıl vasitəsilə dünyanı tanıyır, yaxşı və pis xüsusiyyətlər, keyfiyyətlər haqqında ilkin fikirlərə sahiblənir. Əxlaqi və sosial dəyərlər aşılayan nağıllar güclü təsirə malikdir. Odur ki, gecə-gündüz yorulmadan işləyir, nağıl qəhrəmanını, ideyanı canlandırdırıram”, - deyə gəncəli heykəltaraş bildirir. O, işləri üçün ölkəmizlə yanaşı, Türkiyə və Rusiyadan da sifarişlər alır.

İşinin diqqət, səbr, sevgi, ideyalar tələb etdiyini söyləyən Rəşid müəllim insanlarda xoş əhval yaratsın deyə, heykəllərin rənglənməsində əlvan rənglərdən istifadə edir. “Uşaqları çox sevirəm, onların da xəyal dünyası saf və al-əlvandır. Üç nəvəm var, onlar işlərimi bəyənəndə bilirəm ki, digər balacaların da xoşuna gələcək. Həyətin yanından keçən uşaqlar bəzən gəlib heykəlləri qucaqlayırlar, onlara maraq göstərirlər, böyüklər bəyəndiklərini deyirlər. Bu, məndə işimə daha böyük həvəs yaradır. Gələcəkdə başqa xalqların nağıllarına da müraciət edəcəyəm”, - deyə Rəşid Rəsulov bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri