Icma.az
close
up
RU
“Nağıllar aləmi İçərişəhər” YENİLƏNİB

“Nağıllar aləmi İçərişəhər” YENİLƏNİB

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 iyun, AZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nağıllar aləmi İçərişəhər” adlı rəngarəng festival keçirilib.

AZƏRTAC xəbər verir ki, İçərişəhərin müxtəlif guşələrini əhatə edən tədbirlər bütün günü uşaqlar üçün əsl bayram ab-havasına çevirib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən festival möhtəşəm güllər paradı ilə başlayıb. Şirvanşahlar Sarayı kompleksindən Qoşa Qala meydanına qədər davam edən yürüşdə ümumilikdə 300-dən çox uşaq iştirak edib. Parad Bakı Avropa Liseyinin şagirdlərinin və musiqi qruplarının iştirakı ilə gerçəkləşib.

Qoşa Qala meydanında təşkil olunan əsas səhnə proqramı uşaq kollektivlərinin musiqi və rəqs çıxışları, eləcə də məktəbli rəssamların təqdimatında rəsm plenerləri ilə davam edib.

Əyləncə zonalarında qurulan batutlar, “Panda”, “Feya” və “Sonic” kimi sevimli obrazların canlandırıldığı animator proqramları, karikatura guşəsi uşaqların marağına səbəb olub.

Festivalın iştirakçısı olan balaca dostlarımız AZƏRTAC-a verdikləri açıqlamada sevinc dolu anlarını bölüşüblər.

Doqquz yaşlı Əminə Paşayeva tədbirdə ən çox rəsm çəkməyi sevdiyini bildirib: “Mən böyüyəndə rəssam olmaq istəyirəm. Bu gün buraya gəlmək çox gözəl idi. Günümüz çox rəngarəng və şən keçir”.

Gələcəkdə memar olmağı arzulayan 7 yaşlı İnci Qurban isə deyib: “Mən rəsmi çox sevirəm, evlər çəkirəm. Bu gün bayramdır, hamı şəndir. İçərişəhərdə keçirilən festival çox gözəldir”.

Festival çərçivəsində, həmçinin Qız Qalası meydanı və ətraf ərazilərdə, Dördbucaqlı Qala, Arxeoloji bağ, Qüllə küçəsi, Bakı Fotoqrafiya Evi, Zaman Art Qalereyası, Tahir Salahov və Maqsud İbrahimbəyovun ev muzeyləri kimi İçərişəhərin bir çox məkanlarında rəngarəng proqramlar təqdim olunub.

Qız Qalası meydanında Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının təşkil etdiyi “Nağıllar Dünyası” uşaq rəsm sərgisi, Ella Bağırovanın sərgi-satış yarmarkası, eləcə də “Kiçik Ürəklərin Böyük Xəyalları” və “Milli Mətbəxin Palitrası” adlı ekspozisiyalar xüsusi maraq doğurub.

Respublika Diaqnostika Mərkəzinin təşəbbüsü ilə İçərişəhər sakinlərinin və ziyarətçilərin övladları üçün tibbi "check-up" müayinələri aparılıb. Bu sosial təşəbbüs valideynlər tərəfindən yüksək qiymətləndirilib.

Bakı Fotoqrafiya Evində təqdim edilən “Rəqəmsal rənglər” sərgisi, “GameBuzz” şirkətinin kvest və masaüstü oyunları, 4SIM və digər təhsil və incəsənət mərkəzlərinin təqdimatları da festival proqramını zənginləşdirib.

Günün sonunda festival balaca musiqiçilərin çıxışları, “Günay” Uşaq Teatrının “Arşın Mal Alan” tamaşasından səhnəcikləri, eləcə də Azərbaycan Şahmat Federasiyasının keçirdiyi şahmat turniri ilə başa çatıb.

Bu möhtəşəm tədbir bir daha sübut etdi ki, İçərişəhər yalnız tarixin deyil, həm də uşaqların təxəyyül və sevinclə dolu nağıl dünyasının canlı ünvanıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri