Icma.az
close
up
RU
Nailəxanım Fondu növbəti müsabiqənin nəticələrini açıqlayıb

Nailəxanım Fondu növbəti müsabiqənin nəticələrini açıqlayıb

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzər Universitetinin və "Dünya” Məktəbinin həmtəsisçisi mərhum Nailəxanım İsayevanın adını daşıyan Nailəxanım Fondu növbəti təqdimat mərasimini keçirilib. Belə ki, 2024-2025 – ci illər üçün təqaüd müsabiqəsinin qalibi elan edilib. SİA xəbər verir ki, hər il bir istedadlı qadın tələbəyə verilən bu təqaüd milliyyətindən və vətəndaşlığından asılı olmayaraq magistratura və ya doktorantura səviyyəsində akademik inkişafın dəstəklənməsi məqsədi daşıyır.

Bu ilki təqaüdün qalibi Şri-Lankadan olan Nayanathara Ranmalie Amunarava olub. Xanım Amunarava akademik potensialı və təhsil sahəsinə bağlılığına görə müsabiqə yolu ilə seçilib. "Dünya" məktəblərinin təsisçisi, Nailəxanım fondunun direktoru Aygün İsayeva çıxışında bildirib ki, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması, habelə hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, elm müəssisələrində qadınlara kişilərlə eyni imkanların verilməsi üçün ilk növbədə qız övladlarımız, qadınlar elmli, təhsilli olmalıdır: "Bütün problemlərin açarı təhsildədir. Fond qız və qadınların ( Azərbaycandan və xarici ölkələrdən) magistratura və doktorantura təhsilini və təhsil aldıqları müddətdə Bakıda yaşamaq xərclərini maliyyələşdirir. Biz bu vasitə ilə elmə, təhsilə, qadın dünyasına bacardığımız qədər dəstək olmağa çalışırıq".

Qeyd edək ki, Nailəxanım Fondu "Dünya" məktəbinin və Xəzər universitetinin həmtəsisçisi Nailəxanım İsayevanın irsinə ehtiram məqsədilə yaradılıb. Unudulmaz pedaqoq İsayeva hər iki qurumun inkişafında əsas rol oynayıb. Fond daha yüksək akademik məqsədlər uğrunda çalışan istedadlı qadınlar üçün imkanlar yaratmaqla təhsilə və qadın inkişafına xidmətini davam etdirir.

Tədbirdə tanınmış simalar, ictimaiyyət və media nümayəndələri, o cümlədən dövlət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri, müxtəlif diplomotik korpusların nümayəndələri iştirak ediblər. Fondun əsas hədəfi akademik mükəmməlliyi təşviq etmək və qlobal miqyasda qadın alimlərin inkişafına töhfə verməkdir.

Çıxışçılar bildiriblər ki, Fond akademik məqsədlər uğrunda çalışan istedadlı gənc qadınlar üçün imkanlar açaraq qlobal miqyasda qadın alimlərin inkişafına töhfə verir. Bu kimi layihələr elmi müstəvidə qadın inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyi üçün elm müstəvisində bu kimi təşəbbüslərin genişlənməsi vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2024 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see313

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see138

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see123

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see121

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri