Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Namaste Bakı: Hind nağılında bir gün FOTOLAR

Namaste Bakı: Hind nağılında bir gün FOTOLAR

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bəlkə də bir çoxumuz uşaqlığımızı Hind filmlərinin sehrli dünyasında keçirmişik. O melodiyalar, o rənglər, o bitməyən sevgi hekayələri… Bu bağlılığın kökləri isə təsadüfi deyil. Sovet İttifaqı dövründə Hindistanla qurulan isti münasibətlər sayəsində Hind kinosu Azərbaycan ekranlarına yol tapmış, illər boyu yaddaşımıza hopmuşdu. Bu gün isə həmin mədəni körpü fərqli bir formada- sərgilər, tədbirlər və mədəni layihələr vasitəsilə yenidən canlanır.

Elə bu ruhun davamı kimi paytaxt Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzi bir neçə günlüyünə sanki Hindistana çevrildi…

Sərgiyə daxil olmamışdan əvvəl bizi milli hind geyimində bir gənc qarşılayır. Azərbaycan dilində sərbəst danışması təəccüb doğurur, amma biz yenə də hörmət əlaməti olaraq onun dilində “Namaste” deyərək içəri daxil oluruq. Elə ilk addımdaca hiss edirsən ki, bu sadəcə sərgi deyil, bu başqa bir dünyaya açılan qapıdır.

Dördüncü mərtəbəyə qalxan kimi rənglərin, qoxuların və musiqinin sehrinə düşürsən. Sanki bir anlıq Bakı yox, Hindistanın küçələrində addımlayırsan. Havada ədviyyat qoxusu dolaşır, fonda isə "Tujh Mein Rab Dikhta Hai" (Rəbbimi(onun möhtəşəmliyini) səndə gördüm) mahnısı səslənir… Bu mahnının ritmi ilə sərgini gəzmək isə tamam başqa hissdir, sanki hər addımın bir hekayə danışır.

Amma gözüm bir şeyi axtarır… Hind mədəniyyətinin ən məşhur simvollarından biri olan Rangoli. Rəngli tozlarla, çiçəklərlə yerə çəkilən o möhtəşəm naxışlar… Təəssüf ki, bu sərgidə ona rast gəlmirəm. Bu kiçik “çatışmazlıq” belə Hindistanın zənginliyini bir daha xatırladır- elə bir mədəniyyətdir ki, hər detalını bir məkana sığdırmaq mümkün deyil.

İlk dayanacaq- ədviyyatlar. Hindistanın məşhur zəngin dad dünyası burada bütün çalarları ilə təqdim olunur. Rəngbərəng ədviyyatlar, qəribə adlar, tanış olmayan aromatlar… Sanki hər biri ayrıca bir mədəniyyət parçasıdır.

Növbəti stendlərdə göz oxşayan bəzək əşyaları, parlaq parçalardan hazırlanmış geyimlər sərgilənir. Burada sadəcə baxmaqla kifayətlənmirsən- istəsən geyinib o dünyaya daxil ola, bir anlıq hind filminin qəhrəmanına çevrilə bilərsən.

Bir az irəlidə şirniyyat stendi… Və mənim seçimim- Jalebi. İlk dadışdan etiraf etməliyəm: çox şirindir, amma özünəməxsus ləzzəti var. Bir az bizim bamiyəni xatırladır, amma daha “hindvari”…

Sərginin mərkəzində isə əsl həyat qaynayır. Azərbaycanlı bir xanım hind musiqisinin sədaları altında həm rəqs edir, həm də hind dilində mahnılar ifa edir. Ətrafda izdiham… insanlar musiqiyə qoşulub rəqs edir, sanki hamı eyni ritmdə nəfəs alır.

Birdən maraqlı bir səhnə ilə rastlaşıram: kiçik bir uşaq əlində hind bayrağı ilə musiqiyə uyğun ritm tutmağa çalışır. Addımları hələ dəqiq deyil, amma sevinc hissi o qədər səmimidir ki, ətrafdakı hər kəs gülümsəyir. Axı əzən mədəniyyətləri birləşdirən məhz belə sadə anlar olur...

Daha sonra qarşıma çıxan bir obraz isə məni bir anlıq Hind filmlərinə qaytarır. Başında ağ əmmamə, uzun saqqalı ilə sanki taleləri oxuyan bir müdrik… Qoluma qırmızı ip bağlayır. Onun dediklərini tərcümə edən xanım isə ciddi-ciddi tapşırır: “Bu ipi çıxarma, vaxtı gələndə özü açılacaq…”. Mən inanmıram, amma maraq hissi hər şeydən güclüdür. Kişi isə ingiliscə bir cümlə ilə məni təəccübləndirir: “Sən təhlükəlisən" deyib gülümsəyir, mən də gülürəm. Bunu jurnalist olduğumu eşidəndən sonra deyir… 

Bir az sonra xına stendinə yaxınlaşıram. Hind mədəniyyətinin ayrılmaz hissəsi olan Mehndi burada incə naxışlarla əllərə köçürülür. Hindistanda xına uğur, bərəkət və xoşbəxtlik rəmzi sayılır. Xınanın qoruyucu gücə malik olduğuna inanılır. O, “pis göz”dən və mənfi enerjidən qoruyan vasitə hesab olunur. Xına həm də sakitləşdirici sayılır, gərginliyi azaldır. İnanışa görə rəngi nə qədər tünd olarsa, bir o qədər də yaxşıdır...

Sərgidə ən maraqlı anlardan biri isə falçı ilə qarşılaşma olur. Özünü “doktor” kimi təqdim edən bu şəxs numerologiya, sehr və tilsimlərdən danışır. Dediklərinə inanmasam da, maraq məni ona yaxınlaşdırır. Verdiyi qəribə cavablar, istifadə etdiyi mistik əşyalar məni bir anlıq M.F.Axundovun "Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah" əsərinin içində hiss etdirir. Və bir həqiqəti anlayıram: bəzən maraq, hətta təhsilin belə önünə keçir...

Sərginin ən gözlənilməz və səmimi anlarından biri isə müəllimimlə qarşılaşma olur. İnsan bəzən ən uzaq mədəniyyətlərin içində belə tanış bir sima görəndə qəribə bir rahatlıq hiss edir. Salamlaşırıq, qısa bir söhbət edirik, təəssüratlarımızı bölüşürük. O an anlayırsan ki, harada olursan ol- insanı doğmalaşdıran yenə də insanın özüdür.

Daha sonra sari geyinərək sərgini gəzməyə davam edirəm. Bu incə və zərif geyim düşündüyümdən daha rahatdır. Amma hərəkət etmək o qədər də asan deyil, gərək addımlarını çox qısa atasan. Maraqlı məqam isə odur ki, sarilərin bir çoxunda bizə doğma olan buta naxışları var. Bu isə iki mədəniyyət arasında əsrlər boyu davam edən əlaqələrin səssiz sübutudur.

Birdən bir qadın məni hindli sanıb yaxınlaşır. Gülümsəyərək azərbaycanlı olduğumu deyəndə təəccübünü gizlədə bilmir. Hətta bir hindli də məni özlərindən bilir… Bu an həm qəribə, həm də xoş hisslər oyadır.

Və birdən gözüm bir posterə sataşır- Şahrux Xan. Amma bu, bildiyimiz poster deyil. Süni intellektlə hazırlanmış, əlində səməni tutan Şahrux Xandır… Hindistanla Azərbaycanın simvolik birləşməsi kimi.

Sərginin digər hissəsində isə hind inancının mühüm simvolu olan Ganeşa heykəlləri diqqət çəkir. Detallar o qədər incə işlənib ki, hər birinə uzun-uzadı baxmaq istəyirsən.

Ayaq biləklərinə taxılan hal-hallar, rəngarəng aksesuarlar, ətirli tütsülər… hər stend ayrı bir hekayə danışır. Məncə, bu, sadəcə bir sərgi deyil- bu, mədəniyyətlərin dialoqudur.

Sərginin sonuna yaxın dayanıb bir anlıq geriyə baxıram. Musiqi hələ də səslənir, insanlar hələ də rəqs edir… 

Bir şeyə əmin oluram: Hindistan uzaqda deyil. O, bəzən bir mahnının sədasında, bəzən bir ədviyyatın qoxusunda, bəzən isə qoluna bağlanan sadə bir qırmızı ipdə gizlənir…

Və bəlkə də ən gözəli budur- insan bəzən ölkə dəyişmədən də başqa dünyaları kəşf edə bilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:456
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Mart 2026 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri