Namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti məlum oldu
Icma.az, Moderator-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti məlum oldu.
Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti məlum olub.
Moderator.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddəsinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il dekabrın 10-da başlayıb, dekabrın 30-dək davam edəcək.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)