Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“Həkim məsləhəti” rubrikamızda

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS

Vüsal İsgəndərlidən cari mövsümdə 4 cü qol

Nankorlar üçün indikator Əkbər Qoşalı yazır

Nankorlar üçün indikator Əkbər Qoşalı yazır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton və Təl-Əvivin Tehrana qarşı aramsız hava hücumları fonunda baş verən hadisələrə bizim elanolunmamış müharibəyə məruz qaldığımız darmacal günlərinin prizmasından baxmaq qüsur olmasın gərək. Tehran Qarabağın işğalının uzunmüddətli olması üçün nə mümkünsə etdi və üstəlik, işğal illərində bizə etmədiyi yamanlıq qalmadı; öz dini-ideoloji ixrac siyasətini bizim başımız qarışıqlıq içindəykən davam və inkişaf etdirdi. Məscidləri dağıdan, dağıtmadığına donuz dolduran yaramazlarla ağız-ağıza öpüşdü, irişə-irişə talanlarda iştirak etdi… Tehran Bakıya qarşı həmişə kəmfürsətlik göstərdi.

İndi isə budur, Tehranın başı üstünü qara buludlar bürüyərkən Azərbaycan hakimiyyət orqanları, cəmiyyət, özəlliklə ictimai fikri formalaşdıran hüquqi və fiziki şəxslər tərəfindən son dərəcə təmkinli münasibət göstərilirdi. Bizim hadisələrə belə yanaşmamız, humanitar təfəkkürümüz fars-molla rejiminin o tayda soydaşlarımıza, bu tayda müstəqil dövlətimizə münasibətsizliyinə görə, onlara halal deyil. Fars-molla rejimi bizim təmkinli münasibətimizi haqq etməmişdir.

Buna baxmayaraq, Azərbaycan dövləti siyasi və diplomatik etikaya sadiq qalaraq, əsl qonşuluq münasibətlərinin tələb etdiyi ləyaqətli davranışı nümayiş etdirdi. Hətta İranın ali dini rəhbərinin ölümü ilə bağlı dünyadakı dövlət başçıları arasında yalnız Prezident İlham Əliyev xüsusi diplomatik jest göstərərək İran səfirliyinə gedib başsağlığı verdi; bununla da, müstəqil Azərbaycan Respublikasının yüksək mədəni və dövlətçilik irsi, siyasi etik və qonşuluq əxlaqı nümayiş olundu.

Bəli, bu davranış Azərbaycanın dövlətçilik gələnəyinin, siyasi ləyaqətinin və diplomatik mədəniyyətinin çağdaş dönəmdəki təcəllisi kimi çox dəyərlidir.

Lakin Təl-Əviv və Vaşinqtonun dağıdıcı zərbələrindən sonra ağır duruma düşən Tehran rejimi həm Güney Azərbaycandakı soydaşlarımıza münasibətdə, həm də Azərbaycan Respublikasına qarşı davranışlarında düşmənçilik xəttindən geri çəkilmədi. - Müxtəlif formalarda təxribatçı addımlar davam etdirildi.

Naxçıvanda mülki infrastruktura qarşı dron hücumunun baş verməsi də bu siyasətin növbəti təzahürü kimi incələnə bilər. Halbuki Naxçıvanın mülki hava limanı hətta hərbi aerodrom olsaydı belə, Tehran niyə rahatsız olmalıydı ki?!. Bəyəm bizim sözümüzün imza, möhür qədər keçərli olduğunu bilməzlərmi? Demişik, bizim ərazimizdən sizə qarşı heç bir hərbi müdaxilə olmayıb, olmur və olmayacaq - bu, yetməzmi?

Əslində, bəlli hadisə Tehran rejiminin ilk hoqqası deyildir. Heç uzağa getməyək, yaxın tarixə nəzər salınca, vİranla bağlı bir sıra təhlükəli hadisələrin ardıcıl şəkildə baş verdiyini görürük. Yalnız 2023-cü ilin ilk üç ayında baş verənləri xatırlayaq: 

öncə, Tehranda Azərbaycanın Səfirliyinə qarşı terror aktı törədildi;

ardınca, Bakıda “Bravo” ticarət mərkəzinə silahlı hücum baş verdi;

sonra isə Azərbaycan Milli Məclisinin üzvü, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafaya qarşı terror aktı həyata keçirildi.

Səfirliyimizə, ardınca mülki vətəndaşlara, daha sonra isə Millət vəkilinə qarşı törədilən avtomatlı hücumlar, əlbəttə, təsadüfi hadisələr zənciri kimi qiymətləndirilə bilməz. - “Qorxulu Tehran” xof yaratmaq istəyirdi, bacarmadı…

Azərbaycan dövləti bu hadisələrə qarşı prinsipial mövqe nümayiş etdirdi. Cinayətkarların məsuliyyətə cəlb olunması yönündə həm diplomatik kanallar vasitəsilə Tehrana ciddi tələblər irəli sürüldü, həm də ölkə içində hüquq-mühafizə orqanları tərəfindən sərt və qətiyyətli tədbirlər görüldü. Nəticədə, Səfirliyimizə hücum etmiş cinayətkar qatil uzun aylardan sonra layiq olduğu cəzanı alaraq ölüm hökmünə çatdırıldı.

Bu, Dəmir Yumruğun – Azərbaycanın dövlət iradəsinin təntənəsi idi.

Bəli, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Azərbaycan bölgədə yeni siyasi gerçəkliklər yaratdı. Bu gerçəkliklərdən sonra bir çoxları düşünürdü ki, Tehran da nəhayət, uyğun nəticəyə varacaq, Azərbaycan və Türkiyə ilə normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağın zəruriliyini anlayacaq.

Lakin Naxçıvan istiqamətində baş vermiş son hadisə bir daha göstərdi ki, fars-molla rejiminin ideoloji və siyasi mahiyyəti dəyişməyib ki dəyişməyib.

Bu hadisə fonunda diqqətçəkən başqa bir məqam da var. Azərbaycan cəmiyyətində, Azərbaycan dövlətinin yaratdığı imkanlardan istifadə edən, bu ölkənin suyunu-çörəyini yeyən bəzi yaramazlar sözügedən hadisələr zamanı öz içlərindəki nifrəti açıq şəkildə püskürmə moduna keçdi. Özü bombalanan Tehranın Naxçıvana dron göndərməsi sanki bir lakmus kağızı, indikator oldu da, kimlərin harada necə və nə üçün dayandığını bəlli etdi...

Azərbaycan vətəndaşının pasportunu daşıyan, amma düşüncəsi və mövqeyi başqa siyasi mərkəzlərə bağlı olmasına əsaslı şübhələr yaranan bəzi şəxslərin fars-molla rejiminə sevdası, öz milli dövlətimizə qarşı qəbuledilməz tavrları bu günlərdə çıpaqlığıyla üzə çıxdı. Onların mövqeləri bir daha göstərdi ki, bəziləri Azərbaycanın müstəqil dövlətçiliyinə, dövlət başçısının qətiyyətinə və ölkəmizin haqlı mövqeyinə qarşı dözümsüzlük, deyərdim, öz ağıllarınca, sayğısızlıq nümayiş etdirməkdədir.

Bu isə həm cəmiyyət üçün, həm də dövlət üçün siqnal sayılmazmı?

Bəli, baş verən hadisələr bir daha göstərir ki, sözügedən məsələlər cəmiyyət üçün də bir növ lakmus və indikator rolunu oynayır. Kimlərin öz dövlətinin, öz dəyərlərinin yanında olduğu, kimlərin isə başqa maraqların təsiri altında hərəkət etdiyi daha aydın görünür. Özünü dindar kimi göstərənlər Orucluq ayından, Novruz ərəfəsindən, nə bilim, cümə günündən də həya etmir; özünü millətçi kimi göstərənlər lələhüy duruma düşdüyünü qanmırmış kimi yazır-tozur… - kimisi Yaradanın, kimisi Tarixin, kimisi bir başqa ünvan bulub onun adından danışır. - Danışmır danlayır, hədələyir, qarğayır… Bunların damarında nə axır, kəmiklərində ilik adına lillənən nədir, başlarında ağıl yerinə nə var?.. Həyatın mənəviyyat dərsindən nə qədər kəsiri, doğrulmayan “göndəriş”i var bu yaramazların? Əsl millət sevdalıları, xas dindarlar, ləyaqətli vətəndaşlar məhz belə yaramazların bilinən-bilinməyən şəbəkələri tərəfindən sosial mediada - onların ağlınca - linc edilir, haqlarında mənfi təy yaratmağa uzunmüddətli, “səmərəli” cəhdlər göstərilir. 

Lakmus kağızının, indikatorun üzə çıxardıqlarına biganə qalınmamalıdır. Həssas məsələlərdə hər kəs öz mövqeyini məsuliyyətli şəkildə ortaya qoymalıdır. Olanlar olsun gərək.

Azərbaycan dövləti yetərincə güclüdür və təxribatlara qarşı gərəkli cavabı vermək iqtidarındadır. Dövlətimizin qüdrətinə, bayrağımızın ucalığına və cəmiyyətimizin sağlam mövqeyinə inanaraq, demək istərdim ki, gözlənilən-gözlənilməyən sınaqlar həm də milli birliyin və dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edir.

Dövlətimiz zaval görməsin!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see399

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see223

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see206

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see203

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see203

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see197

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see191

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see191

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see190

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see181

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see179

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see177

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see174

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see173

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see173

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see168

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see166

Köhnə nömrələr şəxsi məlumat və hesabların oğurlanmasına səbəb ola bilər: SOS

14 Sentyabr 2026 22:50see160

Vüsal İsgəndərlidən cari mövsümdə 4 cü qol

15 Sentyabr 2026 01:29see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri