Icma.az
close
up
RU
“Napoli” bu il ikinci dəfə məğlub oldu

“Napoli” bu il ikinci dəfə məğlub oldu

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

A seriyasının 5-ci turunda diqqətlər böyük ölçüdə Milanda keçirilən oyuna yönəlmişdi. Bu şəhərə səfəri uğursuz alınan “Napoli” vahid liderliyi əldən verdi. Çempionatda üçhakimiyyətliliyin yarandığını da qeyd edək.

"Football-plus.az" xəbər verir ki, mövsümə evdə “Kremoneze”yə uduzmaqla (1:2) başlayan “Milan” sonrakı 3 matçda “quru” qələbələrə nail olmaqla liderlər qrupunda möhkəmlənmişdi. Massimiliano Alleqrinin komandası son çempiona qarşı oyuna əla başlayaraq erkən qol vurdu.
Meydan sahibləri Salemakersin qolundan sonra da çox yaxşı təsir bağışladılar. Pavloviç ilə Fofananın fərqi artırmaq üçün yaxşı imkanları oldu. Əvəzində yarım saatlıq mübarizə arxada qalandan sonra Fofananın ötürməsi ilə Pulişiç ikinci topu qonaqların qapısından keçirdi. 57-ci dəqiqədə Estupinyan cərimə meydançasında Di Lorentsoya qarşı kobudluğuna görə qırmızı vərəqə ilə cəzalandı, De Bruyne isə penalti ilə matça intriqa qatdı. “Napoli” yarım saatdan artıq çoxluqda oynasa da, ev sahiblərinin inamlı görünən müdafiəsini yara bilmədi. Nəticədə son çempion bu mövsüm ilk, cari ildə isə ikinci məğlubiyyətini aldı. “Milan” isə topların daha yaxşı fərqinə əsasən 1-ci yerə yüksəldi.
“Milan” və “Napoli” kimi, “Roma”nın da hesabında 12 xal var. Paytaxt komandası “Verona” üzərində 2:0 hesablı qələbə ilə 4-cü yerdən 3-ə yüksəldi. “Roma”nın bu mövsüm hamıdan az – yalnız bir top buraxdığını da qeyd edək.
Mövsümün ilk üç oyununda maksimum nəticə göstərən “Yuventus” bütün turnirləri nəzərə almaqla ardıcıl 3-cü dəfə büdrədi. İqor Tudorun komandası evdə Çempionlar Liqasının daha bir iştirakçısı olan “Atalanta”ya məğlubiyyətdən son dəqiqələrdə qurtula bildi. Növbəti heç-heçə turinliləri 4-cü yerə saldı.
Əksinə, bu mövsüm çempionatın ilk 3 oyununda elə bu qədər xal qazanan “İnter”də əks tendensiya yaşanır. Kristian Kivunun komandası Kalyaridən qalib dönməklə bütün turnirlərdə ardıcıl 3-cü qələbəsini qazandı. Ötən mövsümün vitse-çempionu hazırda turnir cədvəlində 5 oyuna 9 xalla 5-ci yerdədi.
5-ci tur
Milan – Napoli 2:1

Salemakers, 3. Pulişiç, 31 – De Bruyne, 60-p. (73754)
Milan: Menyan, Tomori (De Vinter, 80), Qabbya, Pavloviç, Estupinyan, Fofana (Loftus-Çik, 80), Modriç, Rabyo, Salemakers (Atekame, 68), Pulişiç (Bertezaqi, 59), S.Ximenes (Leao, 69).
Napoli: Meret, Qutyerres, Juan Jezus, Maryanuççi, Di Lorentso, Zambo Angissa, Lobotka (Gilmor, 90+3), Maktominey (Neres, 73), De Bruyne (Elmas, 72), Politano (Lanq, 72), Höylunn (Lukka, 73).
Yuventus Atalanta 1:1
Kabal, 78 - Sulemana, 45+1. (40893)
Yuventus: Di Qreqorio, Kalulu, Qatti (Joao Mario, 64), Bremer (Kabal, 76), Kelli, Kambyazo, Koopmeyners, K.Türam (Makkenni, 57), Aciç (Vlahoviç, 58), Yıldız, Openda (Jeqrova, 64).
Atalanta: Karnesekki, Ahanor, Cimşiti, Kossunu, Bellanova, Zappakosta, De Roon, Paşaliç, Samarciç (Musa, 76), Sulemana (De Ketelare, 61), Krstoviç (Breşianini, 82).
Roma – Verona 2:0
Dovbik, 7. Sule, 79. (62334)
Roma: Svilar, Mançini (Zelkovski, 71), Ndika, Çelik, Kristante, Kone, Anxelinyo (Simikas, 59), Fransa (Ermoso, 59), Lorentso Pelleqrini, Sule (Ə-Şaaravi, 82), Dovbik (E.Ferqyuson, 60).
Kalyari – İnter 0:2
L.Martines, 9. Espozito, 82. (16282)
İnter: X.Martines, Bastoni, De Vrey, Akanci, Auqusto (Dimarko, 46), Mxitaryan, Çalhanoğlu, Luis Enrike (Dyumfris, 72), Barella (Frattezi, 64), M.Türam (Espozito, 64), L.Martines (Bonni, 89).
Leççe – Bolonya 2:2
Kulibali, 9. Kamarda, 90+4 - Orsolini, 45+1-p. Odqor, 71. (24548)
Bolonya: Skorupski, Holm (De Silvestri, 83), Heggem, Lukumi, Miranda, L.Ferqyuson, Moro, Rou (Kambyaqi, 68), Fabbian (Odqor, 68), Orsolini (Bernardeski, 62), Dallinqa (Kastro, 68).
Piza – Fiorentina 0:0
(11210).
Fiorentina: De Xea, Ranyeri, Mari, Ponqraçiç, Dodo, Qosens, Fatsini (Ceko, 88), Nikolussi-Kavilya (Zom, 80), Mandraqora, Ken, Qudmundsson (Pikkoli, 70).
Komo – Kremoneze 1:1
Pas, 32 – Baskirotto, 69. (10534)
Sassuolo – Udineze 3:1
Loryante, 8. Kone, 12. Yannoni, 81 – Devis, 55. (11160)
Parma – Torino 2:1
Pelleqrino, 36-p.; 72 – Nqonq, 50. (17006)
Cenoa – Latsio 0:3
Kançelyeri, 4. Kastelyanos, 30. Zakkanyi, 63.
1. Milan 5 4 0 1 9-3 12
2. Napoli 5 4 0 1 10-5 12
3. Roma 5 4 0 1 5-1 12
4. Yuventus 5 3 2 0 9-5 11
5. İnter 5 3 0 2 13-7 9
6. Atalanta 5 2 3 0 10-4 9
7. Kremoneze 5 2 3 0 6-4 9
8. Komo 5 2 2 1 6-4 8
9. Bolonya 5 2 1 2 5-5 7
10. Kalyari 5 2 1 2 5-5 7
11. Udineze 5 2 1 2 5-8 7
12. Sassuolo 5 2 0 3 7-8 6
13. Latsio 5 2 0 3 7-4 6
14. Parma 5 1 2 2 3-6 5
15. Torino 5 1 1 3 2-10 4
16. Fiorentina 5 0 3 2 3-6 3
17. Verona 5 0 3 2 2-8 3
18. Piza 5 0 2 3 3-6 2
19. Cenoa 5 0 2 3 2-7 2
20. Leççe 5 0 2 3 4-10 2
Bombardirlər: Pulişiç (Milan) - 4, De Bruyne (Napoli), Pas (Komo), Orsolini (Bolonya), M.Türam (İnter) - 3.
Turun rəqəmi
7 - nəhayət, Massimiliano Alleqri Antonio Konteyə qalib gəldi. Onun komandası turun mərkəzi oyununda “Napoli”ni məğlub etdi. Konte baş məşqçi kimi əvvəlki 7 oyunda Alleqriyə qarşı duellərdən 5 qələbə və 2 heç-heçə ilə ayrılmışdı.
Turun ulduzu
Kristian Pulişiç (Milan) - amerikalı futbolçu mövsümün əvvəlində əla formada olduğunu bir daha sübut etdi. Pulişiç “Napoli” ilə oyunda 1 qolun və məhsuldar ötürmənin müəllifi oldu. 27 yaşlı yarımmüdafiəçi cari mövsümdə “qol+ötürmə” sistemi üzrə Niko Pas (Komo) ilə birlikdə ən yaxşı göstəriciyə (6) malikdi. Kristianın çempionatda 4-cü qolunu vurmaqla bombardirlərin yarışında vahid liderliyə yüksəldiyini də qeyd edək.
Turun sitatı
Antonio Konte, “Napoli”nin baş məşqçisi:

“Erkən qol buraxmağımız məyusedici faktdı. İlk dəqiqələrdə daha yaxşı oynaya bilərdik. Belə başlanğıcdan sonra oynamaq asan olmur. Buna baxmayaraq, komandamın oyunu ümumi planda xoşuma gəldi. Bu mövsüm çempionatda ilk dəfə uduzduq. Özü də səfərdə “Milan” kimi heç də cədvəlin sonlarında olmayan komandaya məğlub olduq. “Milan” fiziki cəhətdən çox güclü komandadı. Bizə gəlincə, son oyunlarda həddən artıq top buraxırıq. Halbuki müdafiə həmişə komandamızın ən üstün mövqeyi sayılıb. Biz bu oyunda bir neçə qol vəziyyəti yaratdıq. Gərək imkanlardan yararlanmağı bacaraq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri