Napoli yə qarşı oyunumuz alınsa... Qarabağ ın sabiq müdafiəçisi
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində "Napoli"nin qonağı olacaq. Ağdam təmsilçisinin sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb qarşıdakı mat barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Napoli" son İtaliya çempionudur. Rəqib komandanı Antoni Konte kimi təcrübəli, tanınmış, özünü sübut etmiş mütəxəssis çalışdırır. "Napoli"nin 4 xalı var və "Qarabağ" üzərində qələbə onlar üçün pley-offa vəsiqə baxımından çox önəmlidir. Məlum məsələdir ki, İtaliya təmsilçisi öz meydanında aqressiv oyun sərgiləyəcək. Digər tərəfdən, "Napoli"nin üç əsas oyunçusu qarşılaşmanı kənardan izləyəcək. Bu, bizim üçün müsbət haldır. "Qarabağ" səfər oyunlarında xoş təsir bağışlayır. Oyunumuz alınsa, topu özümüzdə saxlaya bilsək, xal qazana bilərik. Onların orta xətt oyunçuları top saxlamağı bacarırlar. Deməli, pressinqdən nə dərəcədə uğurla faydalanacağımız da həlledici məqamdır. İnanaq ki, uşaqlar əzmkar çıxışla yadda qalacaq və Azərbaycana xalla dönəcəklər".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması noyabrın 25-dən 26-na keçən gecə "Dieqo Armando Maradona" stadionunda keçiriləcək. Matçın start fiti 00:00-da səsləndiriləcək.
Nihat
Baxış sayı:25
Bu xəbər 24 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















