Icma.az
close
up
RU
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sərfəli mobil operator “Nar” ilsonunda abunəçilərinə sevinc bəxş etmək üçün onları möhtəşəm hədiyyələrlə dolu “Çoox Şanslı” lotereyasına qoşulmağa dəvət edir.

"Unikal" xəbər verir ki, 31 dekabra qədər davam edəcək bu xüsusi lotereya çərçivəsində “Nar” istifadəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər həftə “Haval H6 Ultra” avtomobili və finalda isə “Li L9 Ultra” avtomobilini qazanmaq imkanı əldə edəcəklər.

Lotereyada iştirak etmək çox sadədir – sadəcə balansınızı artırın və ya şans qazandıran “Dəqiqə+” paketlərindən birini aktivləşdirin. Hər balans artımı və ya əlavə şans qazandıran “Dəqiqə+” paketi sizə daha çox qalib olmaq şansı gətirəcək. 1 AZN-dən yuxarı artırılan balans avtomatik olaraq lotereyada iştirak hüququ verir: 1–3.99 AZN arası artırmalarda hər 1 AZN = 1 şans, 4 AZN və daha çox artırmalarda isə hər 1 AZN = 2 şans deməkdir.

Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilər.

Qeyd edək ki, “Çoox Şanslı” lotereyasının qalibləri təsadüfi seçimlə müəyyən ediləcək və hədiyyələr canlı yayımda elan olunacaq.

Daha ətraflı məlumat üçün: nar.az/lotereya

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

Monteneqrodan son dəqiqə şoku: Ermənistan məğlub oldu

29 Sentyabr 2026 00:07see141

Ronaldu gənc azarkeşini sevindirdi

28 Sentyabr 2026 23:10see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri