Icma.az
close
up
RU
Nar şirəsinin bu qədər faydalı olduğunu bilirdiniz?

Nar şirəsinin bu qədər faydalı olduğunu bilirdiniz?

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nar şirəsi tərkibində bioaktiv birləşmələrin çoxluğu səbəbilə uzun illərdir alimlərin diqqətini cəlb edir.

Lent.az xarici mediaya istinadla maksimum fayda əldə etmək üçün onu nə vaxt və necə içmək lazım olduğunu təqdim edir:

Nar şirəsi haqqında nə bilmək lazımdır

Bu içkinin müntəzəm, lakin ölçülü qəbulu ürək-damar sisteminə, maddələr mübadiləsinə və bağırsaq mikrobiotasına müsbət təsir göstərə bilər. Bu zaman məhsulun keyfiyyəti, dozası və davamlı istifadə xüsusi əhəmiyyət daşıyır.

Ürək və damarlar üçün faydası

Nar şirəsinin ürək və qan damarlarına təsiri ən çox araşdırılan mövzulardandır. Gündə təxminən 100-150 millilitr kimi kiçik miqdar belə ürəyin normal fəaliyyətini dəstəkləyə bilər. Mütəxəssislər vurğulayır ki, əsas məsələ məhz müntəzəmlikdir.

Nar şirəsi arterial təzyiqi azaltmağa və damarların elastikliyini yaxşılaşdırmağa kömək edə bilər. Bu təsir həm sağlam insanlarda, həm də hipertoniyası, piylənməsi, metabolik sindromu və ya şəkərli diabeti olan şəxslərdə müşahidə olunub. Bu isə nar şirəsində olan güclü antioksidantlar polifenollarla əlaqələndirilir. Onlar damarları oksidləşdirici stressdən qoruyur və qanda lipid balansının yaxşılaşmasına kömək edir.

Mikrobiota və idrak funksiyalarına təsiri

Nar şirəsindəki polifenollar nazik bağırsaqda həzm olunmur və yoğun bağırsağa keçərək faydalı bakteriyalar üçün qida rolunu oynayır. Nəticədə probiotiklərin yaranması stimullaşır, bu da maddələr mübadiləsini dəstəkləyə və immuniteti gücləndirə bilər.

Son araşdırmalar nar şirəsinin beyin fəaliyyətinə də müsbət təsir göstərdiyini göstərir. Bu içkinin müntəzəm qəbulu beyinə qan axınını yaxşılaşdıra və diqqət cəmlənməsini artırmağa kömək edə bilər. Xüsusilə yaşlı insanlar və ya xroniki stress şəraitində olanlar üçün faydalı sayılır.

Nar şirəsini necə içmək daha faydalıdır

Nar şirəsi ilə bağlı “nə qədər çox, bir o qədər yaxşı” qaydası işləmir. Optimal miqdar gündə yarım stəkan hesab olunur. Bu, təbii şəkərlərin həddindən artıq qəbuluna yol vermədən faydalı maddələri əldə etməyə imkan verir. Şirəni günün birinci yarısında və ya yeməklə birlikdə içmək daha məqsədəuyğundur.

Mədəsi həssas olan insanlara acqarına içmək tövsiyə olunmur. Ən yaxşı nəticə qısa “kurslardan” deyil, uzunmüddətli və müntəzəm istifadədən əldə olunur. Məhsul seçərkən tərkibinə diqqət yetirmək vacibdir. Ən yaxşı seçim - 100 faiz təbii, şəkər, sirop və konsentrat əlavə olunmamış nar şirəsidir. Pasterizə olunmuş və şirinləşdirilmiş variantların sağlamlıq üçün faydası xeyli az olur.

Kimlər nar şirəsini ehtiyatla içməlidir

Çoxsaylı üstünlüklərinə baxmayaraq, nar şirəsi hər kəs üçün uyğun deyil. Xüsusilə qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslər ehtiyatlı olmalıdır. İçkidəki aktiv maddələr bu preparatların təsirini dəyişə və yan təsirlərin, xüsusilə qanaxma riskinin artmasına səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Fevral 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri