Icma.az
close
up
RU
Narkomanlığın fəsadları barədə mediada məlumatların hazırlanması ilə bağlı təlim keçirilib AZƏRTAC

Narkomanlığın fəsadları barədə mediada məlumatların hazırlanması ilə bağlı təlim keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.31-ci bəndinin icrasını təmin etmək məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı televiziya jurnalistləri üçün təlim keçirilib.

Komissiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini və məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Bakı şəhəri Narkoloji Dispanserin əməkdaşları və 20-dən çox audiovizual media subyektinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində narkomanlığa qarşı mübarizə mövzusunda televiziya və radio proqramlarının hazırlanması işinin təşkilinin Audiovizual Şuraya həvalə olunduğunu qeyd edib. O, şura tərəfindən bu günə kimi görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, narkomanlığa qarşı mübarizə istiqamətində görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədilə yaradılmış Dövlət Komissiyasının daimi fəaliyət göstərən İşçi Qrupu ilə Audiovizual Şuranın, habelə media subyektlərinin əlaqəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini sözügedən problemlə mübarizədə media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü və bu baxımından belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. O, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq və koordinasiyalı fəaliyyət nəticəsində indiyə kimi görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin mövzu ilə bağlı geniş təqdimatı olub. Audiovizual mediada hazırlanan materialların qanunvericiliyin tələbləri ilə mütənasibliyi, prosesin nəzarət və tənzimləmə mexanizmi, mümkün cəza tədbirləri, eyni zamanda, beynəlxalq təcrübədə diqqətə alınan metodlardan danışılıb.

Çıxış edənlər gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlıq və onun fəsadları barədə mediada daha dolğun məlumatların hazırlanması məqsədilə dövlət orqanları ilə əməkdaşlığın gücləndirilməsi barədə məlumat veriblər.

Tədbirin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri