Məktəb psixoloqları üçün narkomanlığın profilaktikasına dair təlimat hazırlanacaq
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanaraq təsdiq ediləcək.
APA-nın xəbərinə görə, bu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Elm və Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ildə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün müvafiq təlimat layihəsinin hazırlanmasını, təlimat layihəsinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və təsdiqlənməsini təmin etməlidir.

Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək
18 İyun 2025 11:50
Məktəb psixoloqları da sertifikasiyadan KEÇMƏLİDİR
26 Noyabr 2024 15:19
Deputat: Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidir
20 Noyabr 2024 16:18
Məktəb psixoloqları sertifikasiyadan keçirilsin! Deputat
20 Noyabr 2024 16:22

