Icma.az
close
up
RU
Narkotacir həbsxanada bıçaq saxladı Əlavə cəza aldı

Narkotacir həbsxanada bıçaq saxladı Əlavə cəza aldı

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

50 yaşlı İqbal Həsənov cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya hesab edilən bıçaq saxladığı üçün məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, ittihama əsasən, İqbal Həsənov 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən “Cəzaçəkmə müəssisələrinin daxili qaydaları”na görə qadağan edilən əşyalar siyahısına aid olan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xüsusiyyətə malik, soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlayıb və gəzdirib.

Məlumata görə, 18 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrində əvvəlcədən daxil olmuş məlumat əsasında müəssisə əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə onun üzərində qəfil axtarış aparılıb. Axtarış zamanı məhkumun əynində olan gödəkçənin sağ cibində saxladığı bıçaq aşkar edilərək götürülüb.

İqbal Həsənov məhkəmədə özünü təqsirli bilib. O ifadəsində bildirib ki, 2020-ci ilin oktyabr ayından 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Onun sözlərinə görə, bıçağı həmin gün səhər saatlarında dəstənin dəhlizində, pilləkana yaxın yerdə, bükülü vəziyyətdə tapıb və əvvəlcə növbətçi hissəyə təhvil vermək niyyəti olub. Lakin üzərində saxladığı müddətdə yoxlama aparılıb və bıçaq aşkarlanıb.

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər müəyyən edildiyindən, əvvəlki ifadəsi elan olunub. Həsənov ifadənin ona məxsus olduğunu və imzaladığını təsdiqləsə də, bəzi detallarla razılaşmadığını bildirib. Son sözündə isə cəzanın mümkün qədər aşağı həddə təyin olunmasını xahiş edib.

Qeyd edək ki, İqbal Həsənov əvvəllər də dəfələrlə məhkum olunub və müxtəlif illərdə müxtəlif maddələrlə azadlıqdan məhrumetmə cəzaları çəkib. 1996-cı ildə ilk cəzasını alan İ.Həsənov ömrünün Sonuncu dəfə Şirvan Apellyasiya Məhkəməsinin 2020-ci il tarixli qərarı ilə ona qəti olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə İqbal Həsənov Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş qalan 4 il 3 ay 25 gün cəza bu iş üzrə təyin edilmiş 5 ay cəza ilə qismən birləşdirilib və onun üzərində qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Bu cəzasını sonuna qədər çəkəcəyi halda İ.Həsənov ömrünün 23 ildən çoxunu həbsxanadan keçirmiş olacaq.

Bildirək ki, İqbal Həsənov narkotik satışına görə bir neçə dəfə həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Fevral 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri