Narkotik maddələrin test üsulu ilə yoxlanması zamanı neqativ hallar baş verir Mətanət Axundova
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Narkotik maddələrin test üsulu ilə yoxlanması zamanı neqativ hallar baş verir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova deyib.
Onun sözlərinə görə, test üsulu istiqamətverici xarakter daşıyır və alınan nəticələr yanlış ola bilir.
"Bu isə ondan irəli gəlir ki, bəzi dərman vasitələrinin və qida məhsullarının qəbulu zamanı analizlər testlə yoxlanıldıqda yanlış -mənfi, yanlış müsbət nəticə əldə olunur”.
M. Axundova deyib ki, belə halların araşdırılması laboratoriyada yüksək ixtisaslı peşəkar mütəxəssislər tərəfindən aparılr.
Baş direktor onu da bildirib ki, laboratoriyada avtomatlaşdırılmış, yüksək dəqiqlik, həssaslıq və etibarlılığa malik son nəsil maye və qaz xromatoqrafları mövcuddur.
Dediyinə görə, mövcud cihazlarda zəhərli maddələrin, terapevtik və epileptik dərmanların, narkotik və psixotrop maddələrin, ağır metalların, dəm qazının, immunosupressantların, alkoqol və uçucu maddələrin, üzvi turşuların, zərurət yarandıqda dopinq vasitələrinin yoxlanılması mümkündür.
"Laboratoriyada olan qaz xromatoqrafının kitabxanasının yaddaşında 212 mindən çox maddə mövcuddur ki, bu da naməlum zəhərlənmələrin səbəblərinin müəyyən olunmasında mühüm rol oynayır".
Mina Mikayılova
Baxış sayı:94
Bu xəbər 09 Aprel 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















